Yaşılırmaq () — Sivasın şimalındakı Zara ilçəsi ərazisində yerləşən Kösədağ ətəyindən mənbəyini götürən və Qara dənizə tökülən çay. Köhnə adı İris olmuşdur. Fiziki xüsusiyyətləri 519 km uzunluğunda olan Yaşılırmaq Tokat, Amasya və Samsun vilayətlərindən keçərək müxtəlif çaylarla birləşir. 36 144 km² sahəsi ilə Türkiyə səthinin 5%-ni əhatə edir. Çay əsasən üç qolun birləşməsindən ibarətdir.

Əsas qol olan Yaşılırmağa, Tokat çayı da deyilir. Mənbəyi Sivasda Suşehri və Zara ilçələrinin sərhədləri daxilində yer alan Kösədağdır. Üzərində sahəsi 32 km² olan Almus bəndi var. Hövzəsi Çayın hövzəsində, Turhal və Tokat arasında Qazova, cənubda Geldingen düzənliyi, Taşova və Çərşənbə düzənlikləri yer alır. Ladik gölü, Borabay gölü və Kaz gölü hövzənin hüdudlarında yerləşir.

Yaşılırmaq çayı hövzəsinin bir hissəsi Samsun, Tokat, Amasya, Çorum, Yozgat, Sivas, Gümüşxanə, Girəsun, Ordu, Ərzincan və Bayburt vilayətlərinə düşür. Çayın hövzəsi, Coruh hövzəsi, Şərqi Qara dəniz, Fırat-Dəclə və Qızılırmaq hövzələri ilə qonşudur.

Çərşənbə ilçəsində çayın əmələ gətirdiyi Yaşılırmaq deltası yer alır. Bəndlər Almus, Ataköy, Həsən Uğurlu və Suat Uğurlu, Kılıçkaya, Sürəyyabəy bəndlərinin qurulduğu Yaşılırmaq çayı, nizamsız bir rejimə sahibdir. Qədim filosof Strabonun əsərlərində çayın adı İris kimi qeydə alınmışdır. İstinadlar

Həmçinin bax

Kateqoriya:Qara dəniz regionu Kateqoriya:Pont dağları Kateqoriya:Türkiyə çayları