Bornay məscidi (tat.: Bornay məçete) — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən XIX əsrə aid memarlıq abidəsi.

Haqqında 1799-cu ildə indiki məscidin yerində tacir Salih Mustafin taxtadan məscid tikib. Bu məscid Apanaev mədrəsəsinin şagirdləri üçün fəaliyyət göstərirdi. 1831-ci ildə tacir öldükdən sonra bu ərazi və məscid yaxınlıqda yaşayan müsəlman icmasına verilir.

1872-ci ildə şəhərin müsəlman icması tərəfindən memar P.Romanovun layihəsi ilə milli romantizm istiqamətində eklektik formada tikilib. Bina tacir M.Burnayevin hesabına tikilib. Məscidin minarəsi isə F.Malinovski və L.Xroşonoviçin layihəsi ilə tikilib. Bina özlüyündə bir mərtəbəli, bir zallı və tək minarəlidir. Fasadında orta əsr tatar, rus memarlığının elementlərindən istifadə olunub.

1930-1994-cü illər ərzində məscid fəaliyyət göstərməyib. Hazırda isə məscid təmir olunaraq fəaliyyətə başlayıb.

Həmçinin bax Apanaev məscidi İslam məscidi Qaliyev məscidi

İstinadlar

Xarici keçidlər Бурнаевская мечеть 1872 года. / 1872-ci ilə aid Bornay məscidi Казань Бурнаевская мечеть / Kazan Bornay məscidi

Kateqoriya:Tatarıstan məscidləri Kateqoriya:Tatarıstan abidələri Kateqoriya:İslam