Anadol — Türkiyədə davamlı olaraq istehsal olunan ilk avtomobil markası. Markanın ilk modeli olan Anadol A1 (1966–1975), 1961-ci ildə Devrimdən sonra ikinci türk avtomobili olmuşdur. Anadol avtomobilləri və pikapları 1966-cı ildən 1991-ci ilə qədər İstanbulda Ford Otosan tərəfindən istehsal edilmişdir.
Bu müddətdə yeddi Anadol modeli: A1 (1966–1975), A2 (1970–1981), STC-16 (1973–1975), SV-1600 (1973–1982), Böcek (1975–1977), A8–16 (1981–1984) və P2 500 (1971–1991) istehsal olunmuşdur.
Anadol minik avtomobillərinin istehsalı 1986-cı ildə dayandırılmış, lakin P2 500 pikapının istehsalı 1991-ci ilədək davam etmişdir. Hal-hazırda Ford Otosan dünyanın çox sayda ölkəsinə ixrac olunan minik avtomobilləri və ticarət nəqliyyat vasitələri istehsal edir.
Tarixçə Türkiyədə dizayn olunan və istehsal edilən ilk avtomobil Anadol olmuşdur, lakin Anadolun dizaynı ingilis şirkəti Reliant tərəfindən həyata keçirilməsi barədə məlumatlar da mövcuddur. Anadolun mühərrikləri və ötürmələri Ford tərəfindən təmin edilmişdir.
Dizayn və mühəndislik baxımından ilk Türk avtomobili Devrim olmuşdur. Devrimdən əvvəl Türkiyədə bir neçə avtomobil istehsal olunsa da, tamamilə türk istehsalı olmamışdır. Türkiyədə ilk davamlı avtomobil istehsal edən şirkət Anadol olmuşdur. Bununla yanaşı, Anadol modelləri bir çox ölkədə müxtəlif lisenziyalı adlar altında istehsal edilmişdir.
Modelləri A1 (1966–1975): 19,724 ədəd A2 (1970–1981): 35,668 ədəd STC-16 (1973–1975): 176 ədəd SV-1600 (1973–1982): 6,499 ədəd Böcek (1975–1977): 203 ədəd A8–16/16 SL (1981–1984): 1,013 ədəd Otosan 500 Pick-Up (1971–1991): 36,892 ədəd
İstinadlar
Həmçinin bax Devrim
Kateqoriya:Türkiyə avtomobilləri