Dal Monte Toti — italyan müğənnisi,(soprano), dramatik aktrisa
Həyatı Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub.
Ölümü 26 yanvar 1975-ci ildə Trevizo əyalətinin Pyeve-di-Soliqo şəhərində vəfat edib.
Fəaliyyəti
Səhnə fəaliyyəti Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. Venesiyada B.Markizodan dərs alıb. Debütü 1916-cı ildə "La-Skala" (Milan) teatrında Byankafyore (R.Dzandonai, "Françeska da Rimini") metso-soprano partiyasında olmuşdur. 1917-ci ildən soprano partiyalarında çıxış etmişdir. İtaliyanın ("La Skala", 1922–32) və dünyanın aparıcı teatrlarının ("Kolon", Buenos-Ayres, 1923; Paris operası,1924–25-ci il; "Koventi-Qarden", London,1925) səhnələrində çıxış etmiş,öz dövrünün ən yaxşı lirik soprano müğənnisi kimi tanınmışdır. C.Rossini, V.Bellini, Q.Donisetti, C.Verdi ("Riqoletto operasındakı" Cilda partiyası ilə məşhurlaşmışdır), C.Puççini və U.Cordanonun operalarında çıxış etmişdir. Puççinin "Madam Batterflyay" operası onun iştirakı ilə saxlanılmış az sayda audioyazılarındadır (1939,B.Cili ilə duet, tamaşa bütövlükdə yazıya alınmışdır,dirijor T.Serafin). 1943-cü ildə opera səhnəsini tərk etmişdir. Bir çox filmlərdə çəkilmişdi. 1940-cı ildə "Venesiyada karnaval", 1943-cü ildə "Narınçı güllər", 1944-cü ildə "Ürəyinin səsi" filmlərini çəkilib.
Əsərləri 1962 — "Dünyanı dolaşan səs"
İstinadlar Kateqoriya:Opera ifaçıları Kateqoriya:İtaliya şəxsləri