Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir.

Həyatı Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir.

Təhsili Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir.

Fəaliyyəti 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir. İkinci Dünya müharibəsindən əvvəl hələ Krımda yaşama haqqına sahib ikən şer və hekayələri nəşr edilməkdə idi. Romanlar, hekayələr və məqalələri ilə Krım tatar ədəbiyyatının inkişadında təsirli olmuşdur.

Yazıçının mövzusunu real həyatdan alan 1957-ci ildə “Təsəlli və Çauş oğlu” adlı hekayələri, 1961-ci ildə Əgər sevsən, 1969-cu ildə “Rüzgardan sallanqan fənərlər” adlı romanları nəşr edilmişdir. Daha sonra “Almaz və fırtına tınqan son” adlı hekayələri işıq üzü görmüşdür.

1979-cu ildə yazdığı “İblisin ziyafətinə dəvət“ adlı hekayəsində isə 1913-cü ildə vəhşicə öldürülən Hüseyn Şamil Toktarqazinin həyatı tarixi sənədlərə əsaslandırılaraq nəşr edilmişdir.

Aladinin Krım ədəbiyyatının birbaşa İkinci Dünya müharibəsindən sonrakı dövrünü incələyən yazılarının toplandığı “Yüksək xidmət” (1983) adlı əsəri Krım ədəbiyyat tarixi baxımından önəmli boşluğu qapadan əsər olaraq qəbul edilir.

Aladin 1995-ci ildə “Mahuldürge bardım, ağlab qayıtdım” hekayəsini yazmışdır.

İstinadlar

Kateqoriya:Bağçasarayda doğulanlar Kateqoriya:1912-ci ildə doğulanlar Kateqoriya:1996-cı ildə vəfat edənlər Kateqoriya:Krım Tatar Pedaqoji Kollecinin məzunları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Krım tatar şairləri Kateqoriya:SSRİ-də milli mənsubiyyətinə görə repressiyaya məruz qalanlar Kateqoriya:Krım tatar yazıçıları