Məmmədxan Məmmədxan oğlu Məmmədxanov () — Azərbaycanın ictimai və siyasi xadimi. Qaryagin qəzası İcraiyyə Komitəsinin sədri.
Həyatı Məmmədxan Məmmədxan oğlu 1884-cü ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində doğulmuşdu.Qarğabazar kənd məktəbində oxumuşdu. 1902-ci ildə Bakıda neft mədənlərində işləmişdi. 1905–1907-ci il inqilabında iştirak etmişdi. Bakı proletariatının 1914-cü il yay tətilinə qatılmışdı. 1917–1919-cu illərdə Qaryagin qəzasında Qırmızı qvardiyanın tərkibində əksinqilabçılara qarşı vuruşmuş, partiya özəklərinin yaradılmasında iştirak etmişdi. Qaryagin qəza partiya komitəsinin sədri, AK(b)P-nin 1-ci qurultayına nümayəndə seçilmişdi. 1920-ci ildə MK-ya üzvi olmuşdu. Sovet dönəmində məsul vəzifələrdə çalışmışdı. Dəfələrlə partiya və sovet qurultaylarının nümayəndəsi olmuşdu. Azərbaycan KP MK və Azərbaycan MIK-in üzvi seçilmişdi.
Məmmədxan Məmmədxanov 1938-ci ildə repressiyaya uğrayıb.
Mükafatları Məmmədxan Məmmədxanov Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu.
Mənbə Ənvər Çingizoğlu, Qoçəhmədli kəndi, Bakı, "Mütərcim", 2012, 244 səh.
İstinadlar
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədrləri Kateqoriya:Cəbrayıl Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Quba Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar