Yustinian körpüsü və ya Sanqarius körpüsü (xalq arasında Beşköprü) — müasir Türkiyənin ərazisində, Anadoluda Sakarya çayı üzərindən keçən Roma körpüsü. Paytaxt Konstantinopol və imperiyanın şərq əyalətləri arasında əlaqəni yaxşılaşdırmaq üçün Şərqi Roma İmperatoru Yustinian I (e.ə. 527-565) tərəfindən inşa edilmişdir. Körpünün adı o dövrün bir neçə müəllifi tərəfindən çəkilmişdir, ilk dəfə kiçik Plini tərəfindən imperator Trayana təklif olunanPliny 10.41-42, 61-62 Bosfordan kənarda gəmi kanalının inşası layihəsi ilə əlaqəlidir.

2020-ci ildə Yustinian körpüsü YUNESKO-nun Dünya İrsi siyahısına salındı.Мост Юстиниана внесен во временный список Всемирного наследия ЮНЕСКО // trtavaz.com.tr

Yeri və tarixi Yustinian körpüsü Anadolunun şimal-qərbində, qədim Vifiniya bölgəsində, Adapazarı şəhərindən təxminən 5 km cənub-qərbdə yerləşir. Müasir günümüzdə körpü Çark Deresi adlı axın üzrəindən keçir, hansı ki yaxınlıqda yerləşən Sapanca gölündən axır; daha geniş Sakaryanın müasir qolu şərqdən 3 km məsafədə yerləşir.

Antik dövrdən orta əsrlərə qədər körpü mühüm bir məqsədə xidmət edirdi: Bosfor körfəzindən, Sasanilər İmperiyası hücumu təhlükəsi altında qalan Roma İmperiyasının şərq vilayətlərinə gedən strateji əhəmiyyətli hərbi yolun kəsişməsi idi. Daş körpünün inşasından əvvəl burada ponton körpüsü var idi, hansı ki Prokopi Qeysəriyyəyə əsasən çayın daşması zamanı tez-tez dağılırdı və bir çox insan həyatı bahasına gəlirdi.Procopius, De Aedificiis, 5.3.8-11

Daş körpünün tikilmə tarixi o dövrün mənbələri əsasında olduqca dəqiq müəyyən edilə bilər: Pavel Silentariy və Aqafiyin 562-ci il tarixli iki tərifləyici poemaları onun tikintisinin başa çatmasını qeyd edir, salnaməçi Feofan isə yazır ki, tikinti işləri dünyanın yaranmasından 6052-ci ildə başlamışdır, bu da 559-560 ilə təsadüf edir. Digər tərəfdən, Prokopi Qeysəriyyə Yustinianın tikinti layihələri üzərində işini (De Aedificiis) yazarkən körpünün hələ tikilmədiyini iddia etdiyi üçün, bu tikintinin 560-561-ci illərdə başlandığını və əvvəlcədən hesablanmış tarixdən beş-altı il sonra 562-ci ildə tamamlandığını mənasını verə bilər. Lakin Feofanın tarix qoymasının bir qədər qeyri-dəqiq olduğunu nəzərə alsaq, körpü tikintisinin təxminən 554-cü ildə başlandığını güman etmək olar.PLRE, Vol. III, pp. 1064—1065

Sərgi

Həmçinin bax

Qədim Roma memarlığı

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Türkiyədə Qədim Roma körpüləri Kateqoriya:I Yustinianın tikililəri Kateqoriya:Türkiyədəki tağlı körpülər Kateqoriya:VI əsrdə Bizans imperiyası