Əlizamin Sadıqov (tam adı: Sadıqov Əlizamin;) — Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin müdiri, professor

Həyatı və təhsili 1983-cü ildə Azərbaycan Tibb Universtetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1991–1994-cü illərdə Sankt-Peterburq Tibb Elmləri Akademiyasında Pulmonologiya üzrə aspirantura keçib. 2000–2003-cü illərdə Ak. İ. P. Pavlov ad. Sankt-Peterburq Dövlət Tibb Universitetində Pulmonologiya üzrə doktorantura keçib. 2010-cu il Barselona Universteti, Döş qəfəsi İnstitutu, Barselona, İspaniya 2011-ci il Sart-Telman Universiteti Pulmonoloji təbabət 2011-ci il Praqa Universiteti Yuxu təbabəti (Sleep Medicine) 2012-ci il Arizona Universiteti, Pulmonar təbabət, Arizona, ABŞ Robert Weol Sohn Universiteti, Pulmonar təbabət, Nyu Cersi, ABŞ Vayskof Universiteti, İnvaziv Pulmonologiya

Fəaliyyəti

Əmək fəaliyyəti 1983–1986-cı illər Naxçıvan Muxtar Respublikasında həkim-terapevt kimi çalışıb. 1987–1991-ci illərdə Salyan rayon Mərkəzi xəstəxanasında, Reanimatologiya və İntensiv terapiya şöbəsində çalışıb. 1995–2000-ci illərdə Salyan rayon Ağciyər xəstəlikləri dispanserində çalışmışdır.

Elmi fəaliyyəti 200-dən çox elmi məqalənin müəllifidir. 60 jurnal məqaləsinin müəllifidir. 110 məqalə xarici ölkələrin müxtəlif tibb jurnallarında və toplumlarında dərc edilib. 11 monoqrafiyanın müəllifidi. Müxtəlif elmi konfranslarda və konqreslərdə 100-dən çox çıxışlar edib (Stokholm, İsveç 2007, Berlin, Almaniya 2008, Vyana, Avstriya 2009, Amsterdam, Hollandiya 2011, Denver, Kolorado, ABŞ 2011, Barselona, İspaniya 2012, San-Fransisko, ABŞ 2012, Filadelfiya, ABŞ 2013, Vyana, Avstriya 2013, Münxen, Almaniya 2014, San-Diyeqo, ABŞ 2014); Azərbaycan Tibb Universitetində Pulmonologiya kafedrasında mütəxəssis məsləhətçi kimi fəaliyyət göstərir və eyni zamanda tədris sahəsində çalışır, yerli və xarici tələbələrə mühazirələr oxumuşdur.

Təltif və mükafatları 2014-cü ildə Amerika Emfizema Fondu-nun Kloud Lambert adına mükafatını alıb; 2015-ci ildə Amerika Torakal Cəmiyyətinin Beynəlxalq Tədris mükafatına layiq görülüb (Denver, Kolorado, ABŞ);

Üzvü olduğu təşkilatlar

Amerika Torakal Cəmiyyətinin, Amerika Döş Qəfəsi Həkimləri Kollegiyasının, Amerika Həkimlər Kollegiyasının, Avropa Respirator Cəmiyyətlərinin, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin üzvü

Xarici keçidlər İspaniyada qalan və orada COVID-19 xəstələrinin müalicəsinə başlayan pulmonoloq Əlizamin Sadıqovla MÜSAHİBƏ "Azərbaycanda tibb sahəsində bir dənə də olsun, normal elmi iş yoxdur" — Amerika Həkimlər Kollegiyasının ekspertindən ilginc açıqlamalar

İstinadlar

Kateqoriya:Azərbaycan professorları