Çerliqool Kuular () — tuvalı yazıçı, şair, nasir, tərcüməçi, teatr yazıçısı. Tuva ədəbiyyatının qurucularından biridir. 1940-cı ilin 10 dekabrında Tuvanın Çöön-Hemçik bölgəsi Horumdağ qəsəbəsinin Şemi-Aksı kəndində anadan olmuşdur. Soyadı olan Kuular azərbaycancaya Qular deyə tərcümə edilir.

Həyatı Yazıçılığa 1960-cı ildə başlamışdır. Sovet İttifaqının üzvüdür. Tuva Respublikasının məşhur yazıçısıdır. Tuva Respublikasının mədəniyyət, kino və turizm nazirliyinin "S. A. Sarıq-ool mükafatı"na layiq görülmüşdür. Əsərləri rusca, ukraynca, monqolca, altayca, xakasca, saxaca və başqa dillərə də tərcümə edilmişdir. Tuva türkcəsinə bir çox rus və qərbli yazıçının əsərlərini tərcümə etmişdir. Tuvalıların adətləri və ləhcələri ilə əlaqəli elmi əsərlər yazmışdır.

Əsərləri "A'dım" (Kızıl, 1975), "Sugda daştar" (Kızıl, 1982), "Kameşki v vode" (Moskva, "Sovremennik", 1986) "Dаñ hayaazı" (Kızıl, 1988), "Düvülüg dün" (Kızıl, 2000), "Veter lyulku kaçal" (Kızıl, 2000) "Çalbıış öttür…" (Kızıl, 2005); "Daglar ayalgazı" (Kızıl, 1985), "Ayalga" (Kızıl, 1990), "Melodii moih gor" (Kızıl, 2004).

Həmçinin bax Kara-Kıs Munzuk

Mengi Oorjak

Nikolay Serdobov

Moldurqa Salçak

Badra İrgit

İstinadlar

Kateqoriya:1940-cı ildə doğulanlar Kateqoriya:Tuvalı yazıçılar Kateqoriya:Tuvalı şairlər