thumb|sağ|Şəkildəki ağ ox səthə toxunan mayenin istiqaməti, α bucağı da səthin mayenin normal axıntı istiqaməti ilə həyata keçirdiyi bucaq, yəni hücum bucağıdır thumb|sağ|Rəsimdəki kimi yüksək hücum bucağındakı bir qanadda meydana çıxan axıntı ayrılması qanadın dayaq olmasına səbəb ola bilər.

DayaqUçakla Ticarî Hava Taşıma İşletmeciliği Operasyon Usul ve Easaları Talimatı SHGMUçuş Kumandaları Uçak Bakım. MEB. 2011Hürkuş TAI.comUçuş Mekaniği Uçak Üzerine.com və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir.

Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı.

Aviavasitələrdə Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır.Flying training. The Air Pilot's Manual. Pooley's Air Pilot Publishing. Volume 1, sf 173.

Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir. Artıq nəzarət səthləri üzərində hakimiyyət zəiflədiyinə görə, saxlanma qabiliyyəti belə bir vəziyyətdə qəzaya səbəb ola bilər.

Türbülanslı hava axınlarında meydana gələn nəzarət itkisi, saxlanma itkisi ilə qarışıq salınmamalıdır.

Dönüşdə dayaq

Dönüş əsnasında hücum bucağının düz və meylsiz uçuşa nisbətən daha artıq olması lazımdır. Bu səbəblə dönüş əsnasında dayaq hücum bucağına daha yüksək sürətdə (daha tez) çatılır. Bu sürət artımları aşağıdakı şəkildədir:Pooley's 136

30° əyilmədə %7 artım 45° əyilmədə %19 artım 60° əyilmədə %41 artım 75° əyilmədə %100 artım

Məsələn, düz və əyilməsiz (meylsiz) uçuşda 50 KIAS sürətdə kritik hücum bucağını keçib dayaq olan bir təyyarə 60° əyilməli bir dönüş əsnasında 71 KIAS-da (daha tez) dayaq olacaqdır.Pooley's 137

İstinadlar

Ədəbiyyat siyahısı USAF & NATO Report RTO-TR-015 AC/323/(HFM-015)/TP-1 (2001 Anderson, J.D., A History of Aerodynamics (1997). Cambridge University Press.

L. J. Clancy (1975), Aerodynamics, Pitman Publishing Limited, London. Stengel, R. (2004), Flight Dynamics, Princeton University Press,

Kateqoriya: Aviasiya terminləri Kateqoriya:Aerodinamika Kateqoriya:Hava manevrləri