Vladimir Seren-ool (, ) — tuvalı məşhur roman yazıçısı.
Həyatı Vladimir Seren-ool 14 mart 1942-ci ildə Tuvanın Uluiq-Hem bölgəsinin Övür-Torqalıq məntəqəsində anadan olmuşdur Torqalıqda 8 illik təhsil görmüş, daha sonra təhsilini Handagaytın orta məktəbində davam etdirmişdir. Ali təhsilini Leninqradda almışdır. Burada Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnistitutunu və Maksim Qorki adına Ədəbiyyat İnistitutunu bitirmişdir.
Fəaliyyəti Tuvada nəşr edilən tuva türkcəsində qəzet olan "Tıvanın anıyaktarı" qəzetinin redaktorluğunu etmiş, siyasi qəzet olan "Şın" qəzetinin müxbirliyini etmiş, Tuva Sənət-teatr Mərkəzinin işçisi olmuşdur. 1975-ci ildən bəri teatrda ədəbi sahədəki fəaliyyətini davam etdirmişdir. 1960-cı ildən etibarən ədəbiyyatla maraqlanmağa başlamışdır. "Sıgıt" adlı kitabı 1973-cü ildə nəşr edilmiş, sonra "Solanqı" (1977), "Heelig ister" (1989), "Kan-Kıs" (1991), "Beldir" (1993) adlı kitabları yayımlanmışdır. "Sööskenner çeçektelib turda" adında pyes əsəri 1995-ci ildə onun ölümündən sonra nəşr edilmişdir.Комбу С. С. Серен-оол Владимир Седипович / С.С. Комбу // Тувинская литература : словарь / С.С. Комбу; под ред.: Д.А. Монгуша, М.Л. Трифоновой. — Новосибирск: 2012. səh — 254. Marşak, Moqilevskaya, Moler, Tikomanu, Hacıbekov kimi müəlliflərin nəsr və pyes əsərlərini tuvacaya tərcümə etmişdir. Seren-oolun əsərləri də rusca, xakasca, saxaca, monqolcaya tərcümə edilmişdir.
Həmçinin bax Badra İrgit
Şullu Çırqal-ool Sat
Mengi Oorjak
Viktor Kök-ool
İstinadlar
Xarici keçidlər Vladimir Seren-oolu anma günündən
Kateqoriya:1942-ci ildə doğulanlar Kateqoriya:1994-cü ildə vəfat edənlər Kateqoriya:Tuvalı yazıçılar Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri