Oleq Gerasimyuk (; doğ. 25 sentyabr 1986, Vladimir-Volınski, Volın vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna futbolçusu, "Volın Lutsk" klubunun yarımmüdafiəçisi.

Həyatı Klub karyerası Gerasimyuk "Volın Lutsk" klubunun yetirməsidir. 2003-cü ildə "Kovel Volın" komandasına, 2004-cü ildə isə yetirməsi olduğu "Volın Lutsk" komandasına keçib. Lutsk komandasının heyətində ilk görüşünü — 15 iyul 2004-cü ildə Ukrayna çempionatı çərçivəsində "Tavriya Simferopol" komandasına qarşı keçirib. Karyerasının başlanğıcında onu məşhur çex futbolçu Pavel Nedved ilə müqayisə edirdilər.

2005-ci ilin qışında Kiyevin "Dinamo" komandasına keçib. 2005-ci ilin yayında "Volın Lutsk"a icarəyə verilib. 2006-cı ilin yayında icarə əsasında Dnepropetrovskun "Dnepr" komandasına keçmək variantı olsa da, Kiyevin "Arsenal" komandasına keçib. 2006/07 mövsümündə "Arsenal"ın heyətində yüksək liqada 16 görüş keçirib. 2008-ci ilin yayında "Dinamo"da birgə işlədiyi Anatoli Demyanenkonun dəvəti ilə icarə əsasında Azərbaycanın "Neftçi" komandasına keçib. "Neftçi"nin heyətində ölkə çempionatında 5 oyun, UEFA İntertoto Kubokunda isə 6 oyun keçirib və 1 qol vurub.Oleg Gerasimyuk > UI-Cup 2008/09 / Bundesliga.weltfussball.at Gerasimyuk "Neftçi"nin heyətində yeganə qolunu, UEFA İntertoto Kubokunun üçüncü təsnifat mərhələsi çərçivəsində Rumıniyanın "Vasluy" komandasının qapısından keçirib.

2010-cu ildə "Volın Lutsk"a qayıdıb. Bu komandanın heyətində 50 oyun keçirib, 4 qol vurub.

2013-cü ildə Lutsk komandasını tərk edib və azad agent kimi Kiyev "Arsenal"ına keçib. Burada 21 oyun keçirib, 1 qol vurub. 2013-cü ilin payızında "Arsenal" komandası fəaliyyətini dayandırdığından, bütün oyunçular kimi, o da, azad agent qismində klubu tərk edib.

Milli karyerası Gerasimyuk müxtəlif illərdə Ukraynanın 17, 19 və 21 yaşlılardan ibarət millilərinin formasını geyinib. 29 mart 2005-ci ildə Danimarka milli komandasına qarşı keçirilən matçda (0:1) 21 yaşadək futbolçulardan ibarət Ukrayna yığma komandasında debüt edib. 2005-ci ilin iyun ayında Futbol üzrə Gənclər arasında Dünya Çempionatında iştirak edib. Gerasimyuk qrup mərhələsində Panama (3:1), Çin (3:2) və Türkiyə (2:2) yığmaları ilə baş tutmuş hər üç görüşdə iştirak edib. Ukrayna qrupu 2-ci yeri bitirərək 1/16 final mərhələsinə yüksəlsə də, burada, Nigeriya yığmasına 0:1 hesabı ilə məğlub olub. Gerasimyuk bu görüşdə iştirak etməyib.

2007-ci ilin avqustunda Tələbələrdən ibarət Ukrayna milli futbol komandasının heyətində Universiadanın qalibi olub. Bu qələbəyə görə yığmanın oyunçuları "Ukraynanın Beynəlxalq Dərəcəli İdman Ustası" fəxri adına və min dollar məbləğində pul mükafatına layiq görülüblər.

Şəxsi həyatı Gerasimyuk futbol ilə paralel olaraq Lutsk Dövlət Universitetinin bədən tərbiyəsi fakultəsində təhsil alıb.

Dövlət mükafatları "Əmək və şücaət" medalı (06.09.2007)

İstinadlar

Xarici keçidlər Oleq Gerasimyuk Soccerway.com saytında Oleq Gerasimyuk Transfermarkt.com saytında

Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Arsenal Kiyev FK futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Volın Lutsk FK futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri