Yuna Kim (hanqıl: 김연아; 5 sentyabr 1990, Puçxon, Kyonqido vilayəti, Cənubi Koreya) — Cənubi Koreyalı fiqurçu. Yuna Kim, 2010-cu ildə Kanadanın ev sahibliyində baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. O, həm də 2009-cu ildə Los-Ancelesdə və 2013-cü ildə Londonda baş tutan Dünya Çempionatlarının, üç dəfə (2006—2007, 2007—2008 və 2009—2010) ISU Qran-Pri Finalının, 2006-cı ildə gənclər arasında Dünya Çempionatının, 2005-ci ildə gənclər arasında ISU Qran-Pri Finalının və altı dəfə (2003, 2004, 2005, 2006, 2013, 2014) Cənubi Koreya Çempionatının qalibi olub.
Karyerası ərzində 36 yarışa qatılan Yuna Kim, onların 26-da qızıl medal, 7-də gümüş medal, 3-də isə bürünc medal qazanıb. Yuna Kim, Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran birinci idmançıdır.
Yuna Kim, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da baş tutan açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırıb.
Həyatı Yuna Kim 1990-cı il sentyabrın 5-də Kyonqido vilayətinin Puçxon şəhərində anadan olub. 1996-cı ildən ailəsi birgə Kunpxo şəhərində yaşamağa başlayan Yuna Kim, yeddi yaşından idmanla məşğul olmağa başladı.
Yuna Kim 2013-cü ildə Koreya Universitetini bitirib.
Karyerası 2004–2005-ci illər mövsümü: Beynəlxalq səviyyədə debüt thumb|408x408px|alt=|Yuna Kim 2005-ci ildə gənclərin Dünya Çempionatında|left Yuna Kim beynəlxalq səviyyədə birinci yarışına 2004-cü ilin 1-5 sentyabrda Macarıstanın Budapeşt şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı. O, qısa proqramda 48.24 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə Yuna Kim 102.32 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 150.56 balla gənclər arasında ISU Qran-Pri yarışının Macarıstan mərhələsinin qızıl medalına sahib oldu. Bu qızıl medal, 14 yaşlı Yuna Kimin beynəlxalq səviyyədə qazandığı birinci medal oldu.
Yuna Kim növbəti uğuruna 16-20 sentyabrda Çinin Harbin şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində imza atdı. Qısa proqramda 38.88 balla dördüncü pillənin sahibi olan Yuna Kim sərbəst proqramda 92.36 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 131.24 balla gənclər arasında ISU Qran-Pri yarışının Çin mərhələsinin gümüş medalına sahib oldu.
Macarıstanın Qran-Prisinin qızıl medalına, Çin Qran-Prisinin isə gümüş medalına sahib olan Yuna Kim gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı. Finlandiyanın ev sahibliyində baş tutan Qran-Pri Finalının qısa proqramında o, 52.28 bal topladı 2-ci pillənin sahibi oldu. Sərbəst proqramda isə Yuna Kim 86.48 balla üçüncü pillənin sahibi oldu və ümumi nəticədə 138.76 balla gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.
Gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalına sahib olan Yuna Kim 2005-ci ilin 1-4 yanvarında Cənubi Koreyanın Seul şəhərində baş tutan Cənubi Koreya Çempionatı mübarizə apardı. 2003 və 2004-cü illərdə Cənubi Koreya Çempionatının qalibi olan Yuna Kim bu səfərdə Çempionatın qızıl medalına sahib oldu.
2004-2005-ci illər mövsümün əsas yarışı – 28 fevral-6 mart tarixlərində Kanadanın Kitçener şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı idi. Cənubi Koreya Çempionatının qalibi olan Yuna Kim gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib olmağı hədəfləyirdi. Amma onun qısa proqramda uğursuz çıxış etməsi, bu hədəfin reallaşmasına icazə vermədi. Yuna Kim qısa proqramda 48.68 balla altıncı pillənin sahibi oldu. Sərbəst proqramda isə Yuna Kim 110.26 bal topladı. Bu göstərici onun, 2004-2005-ci illər mövsümündə göstərdiyi ən yaxşı nəticə oldu. Ümumi nəticədə isə Yuna Kim 158.94 balla gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Qızıl medala isə Yaponiya nümayəndəsi Mao Asada sahib oldu.
2004-2005-ci illər mövsümü ərzində qatıldığı 5 yarışın 2-də qızıl medal, 3-də isə gümüş medal qazanan Yuna Kim növbəti mövsümdə bu göstəricini yaxşılaşdırmağı hədəfləyirdi.
2005–2006-cı illər mövsümü: Gənclər arasında Dünya çempionluğu Yuna Kim 2005-2006-cı illər mövsümündə birinci yarışına 1-4 sentyabrda Bratislava şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı. O, qısa proqramda 58.64 balla, sərbəst proqramda isə 110.20 balla birinci pillənin sahibi oldu. Bu minvallada Yuna Kim ümumi nəticədə 168.84 balla gənclər arasında ISU Qran-Pri yarışının Bratislava mərhələsinin qızıl medalına sahib oldu.
Daha sonra Yuna Kim Bolqarıstanın Sofiya şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Qısa proqramda 54.45 balla, sərbəst proqramda isə 99.99 balla birinci pillənin sahibi olan Yuna Kim ümumi nəticədə 154.44 balla gənclər arasında ISU Qran-Pri yarışının Bolqarıstan mərhələsinin qalibi oldu. Bir ay ərzində həm Bratislavada, həm də Sofiyada ISU Qran-Pri yarışının qalibi olan Yuna Kim noyabr ayında baş tutacaq ISU Qran-Pri Finalında növbəti dəfə mübarizə aparmağa haqq qazandı.
24-28 noyabrda Çexiyanın Ostrava şəhərində gənclər arasında ISU Qran-Pri Finalı baş tutdu. Ötən il baş tutan Qran-Pri Finalında gümüş medalın sahibi olan Yuna Kim bu səfər Qran-Pri Finalının qalibi olmağı hədəfləyirdi. O, qısa proqramda 58.52 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə Yuna Kim 116.2 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 175.14 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalını qazandı.
2006-cı ilin 5-8 yanvarında isə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində Cənubi Koreya Çempionatı baş tutdu. Son üç il ərzində baş tutan Çempionatların qalibi olan Yuna Kim bu səfərdə Çempionatın qızıl medalına sahib oldu. O, qısa proqramda 62.44 balla, sərbəst proqramda isə 104.08 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 166.52 balla üçüncü dəfə Cənubi Koreya Çempionatının qızıl medalına sahib oldu.
2005-2006-cı illər mövsümünün əsas yarışı – 6-12 martda Sloveniyanın Lyublyana şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı idi. Ötən il baş tutan Dünya Çempionatının gümüş medalına sahib olan Yuna Kim bu səfər Dünya çempionu olmağı hədəfləyirdi. Qısa proqramda o, 60.86 bal topladı və birinci pillənin sahibi oldu. Bu göstərici onun, 2005-2006-cı illər mövsümü ərzində göstərdiyi ən yaxşı nəticə oldu. Sərbəst proqramda da Yuna Kim mövsüm ərzində ən yaxşı nəticəsini göstərdi. O, 116.88 bal topladı və birinci pillənin sahibi oldu. Bu minvallada Yuna Kim 177.54 balla gənclər arasında Dünya Çempionatının qızıl medalını qazandı. Gümüş medala isə ötən il baş tutan Dünya Çempionatının qalibi olan Yaponiya nümayəbdəsi Mao Asada sahib oldu.
2005-2006-cı illər mövsümü ərzində qatıldığı 5 yarışın hamısında qızıl medalın sahibi olan Yuna Kim bununla da gənclər arasında beynəlxalq yarışlarda mübarizə aparmağı dayandırdı.
2006–2007-ci illər mövsümü: Qran-Pri Finalının çempionluğu thumb|246x246px|alt=|Yuna Kim və Cənubi Koreya Prezidenti Li Myon Ba (2008-ci il)|left Yuna Kim 2006-2007-ci illər mövsümündə birinci yarışına 2-5 noyabrda Kanadanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışı çərçivəsində qatıldı. Qısa proqramda o, 62.68 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə Yuna Kim uğursuz çıxış etdi və 105.80 balla dördüncü yeri tutdu. Yuna Kimin bu uğursuz çıxışı, ümumi nəticədə onun 168.48 balla üçüncü pillədə qərarlaşmasına və ISU Qran-Pri yarışının Kanada mərhələsinin bürünc medalına sahib olması ilə nəticələndi.
16-20 noyabrda isə Yuna Kim Fransanın Paris şəhərində baş tutan ISU Qran-Pri yarışında mübarizə apardı. ISU Qran-Pri Finalında mübarizə aparmağa haqq qazanmaq üçün, Yuna Kimin Paris Qran-Prisində qızıl medala sahib olması önəmli idi. Qısa proqramda o, 65.22 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə Yuna Kim 120.32 balla birinci yeri tutdu və ümumi nəticədə 185.54 balla ISU Qran-Pri yarışının Fransa mərhələsinin qızıl medalına sahib oldu. Onun, sərbəst proqramda olan göstəricisi, 2006-2007-ci illər mövsümündə göstərdiyi ən yaxşı nəticə oldu.
Fransa Qran-Prisinin qalibi olan Yuna Kim daha sonra Rusiyanın St. Peterburq şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri Finalında mübarizə apardı. O, qısa proqramda 65.06 balla üçüncü pillənin sahibi oldu. Sərbəst proqramda isə Yuna Kim 120.14 balla birinci yeri tutdu və ümumi nəticədə 185.20 balla birinci pillənin sahibi oldu. Bununla da Yuna Kim ISU Qran-Pri Finalının qızıl medalını qazandı. Gümüş medalı Yaponiya nümayəndəsi Mao Asada, bürünc medalı isə İsveçrə nümayəndəsi Sara Meyer qazandı.
2006-2007-ci illər mövsümünün əsas yarışı – 20-25 martda Yaponiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Ötən il gənclər arasında Dünya Çempionatının qalibi olan Yuna Kim bu səfər Dünya Çempionatında debüt etdi. O, qısa proqramda 72.95 bal topladı və birinci pillənin sahibi oldu. Yuna Kimin topladığı bu nəticə, Dünya rekordu hesab edildi. Amma Yuna Kim qısa proqramda olan uğurlu çıxışını, sərbəst proqramda təqdim edə bilmədi. O, sərbəst proqramda 118.20 balla dördüncü pillənin sahibi oldu. Ümumi nəticədə isə Yuna Kim 191.15 balla Dünya Çempionatının bürünc medalına sahib oldu. Qızıl medalı Yaponiya nümayəndəsi Mihi Ando, gümüş medalı isə digər Yaponiya nümayəndəsi Mao Asada qazandı.
Yuna Kim 2006-2007-ci illər mövsümü ərzində qatıldığı dörd yarışın 2-də qızıl medala, 2-də isə bürünc medala sahib oldu.
2007–2008-ci illər mövsümü: 2-ci dəfə Qran-Pri Finalının çempionluğu thumb|240x240px|alt=|Yuna Kim 2007-2008-ci illər ISU Qran-Pri Finalında Yuna Kim 2007-2008-ci illər mövsümündə birinci yarışına 8-12 noyabrda Çinin Harbin şəhərində baş tutan ISU Qran-Pri yarışı çərçivəsində qatıldı. Yuna Kim qısa proqramda 58.32 balla İtaliya nümayəndəsi Karolina Kostner və Birləşmiş Ştatların nümayəndəsi Karolina Janqdan sonra üçüncü pillədə qərarlaşdı. Sərbəst proqramda isə o, daha uğurlu çıxış etdi və 122.36 balla birinci pillənin sahibi oldu. Bu, onun ümumi nəticəsinə təsir göstərdi və Yuna Kim 180.68 balla ISU Qran-Pri yarışının Çin mərhələsinin qızıl medalına sahib oldu.
Daha sonra Yuna Kim 22-25 noyabrda Rusiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsində mübarizə apardı. O, qısa proqramda 64.50 balla, sərbəst proqramda isə 133.70 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə Yuna Kim 198.20 balla birinci yeri tutdu və ISU Qran-Pri yarışının Rusiya mərhələsinin qalibi oldu. Noyabr ayı ərzində həm Çində, həm də Rusiyada Qran-Prinin qalibi olan Yuna Kim Qran-Pri Finalında mübarizə aparmağa haqq qazandı.
ISU Qran-Pri Finalı isə İtaliyanın Turin şəhərində baş tutdu. Altı idmançının – Cənubi Koreya nümayəndəsi Yuna Kim Yaponiya nümayəndələri Mao Asada və Yuhari Nahano, Birləşmiş Ştatlar nümayəndələri Kimmi Missner və Karolina Janq və İtaliya nümayəndəsi Karolina Kostnerin mübarizə apardığı ISU Qran-Pri Finalının əsas favoritləri Yuna Kim və Mao Asada idi. Amma qısa proqramda Yaponiyalı Mao Asadanın 60.04 balla altıncı pillənin sahibi olması, onun qalibiyyət üçün olan şanslarını aşağı saldı. Yuna Kim isə qısa proqramda 64.62 balla birinci pillənin sahibi oldu. Sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Yaponiyalı Mao Asadanın 132.55 balla birinci pillədə qərarlaşdığı sərbəst proqramda, Yuna Kim 132.22 balla 2-ci pillədə qərarlaşdı. Ümumi nəticədə isə Yuna Kim 196.84 balla növbəti dəfə ISU Qran-Pri Finalının qızıl medalını qazandı. Gümüş medala Yaponiyalı Mao Asada, bürünc medala isə İtaliyalı Karolina Kostner sahib oldu.