İradə Vəkilova (İradə Ağacavad qızı Vəkilova ) — Azərbaycanlı jurnalist, publisist, ssenaristi, Əməkdar jurnalist, Azərbaycanda ilk müstəqil informasiya agentliyi olan "AssA-İradə"nin qurucusu

Həyatı və təhsili İradə Vəkilova 1935-ci ildə 20 avqustda anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Moskvada sovet və xarici ölkə jurnalistləri üçün birillik xüsusi məktəbi qırmızı diplomatla bitirmişdir.

Ölümü İradə Vəkilova 1998-ci ildə 30 mayda vəfat etmişdir. Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ailəsi Mənsur Vəkilovun həyat yoldaşı olmuşdur. İki övladı vardır: Məmmədrza (1964) və Rəna (1971). Dayısı Riza Abdullayev Türkmənistan SSR-nin xarici işlər naziri olmuşdur.

Fəaliyyəti

Mətbuat fəaliyyəti Bir il Komsomolskaya pravda qəzetində tərcübə keçmişdir. 1957-ci ildən o dövrün populyar qəzeti olan "Molodjou Azərbaydjana" qəzetində işləsə də, bu nəşrdə 1953-cü ildən yazılar dərc olunmuşdur. Vişka qəzetində şöbə müdiri işləmişdir. Pravda,Komsomolskaya pravda (qəzet, Rusiya) kimi mərkəz qəzetlərdə müntəzəm olaraq yazılar dərc etdirmişdir. 40 illik jurnalistlik fəaliyyəti dövründə yüzlərlə məqalələri, İngiltərə,Kuba, Türkiyə kimi dövlətlərdə maraqlı reportajları ilə yanaşı, dörd kitabı çap olunmuşdur. Fazil Abbasov və digər jurnalist həmkarları ilə birlikdə qeyri-leqal "ASSA: Mətbuat dairələrində böyük hörməti olan İrada Vəkilova 1990-cı ildə rada "müstəqil informasiya agentliyini təsis etmiş, Azərbaycan informasiya qıtlığının olduğu bir vaxtda ölkəmizin həqiqətlərini onlarca xarici ölkəyə çatdırmışdır. İradə xanım 1991-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bu informasiya agentliyinin direktoru idi. 1995-ci ildə Azərbaycanın ən qocaman qəzetlerinden olan "Bakinski raboçi" qəzetinin baş redaktoru təyin edilmişdir. Çinin rəsmi gənclər qəzetində "Əfsanəvi İradə" başlıqlı iri dərc olunmuşdur.

Yaradıcılığı

Kitabları "Evimizin işığı " (Bakı,Azərnəşr, 1982 , 201 səh.) kitabında 70–80-ci illərdə İradə xanımın qələmindən çıxan müsahibələr, reportajlar, oçerklər, yazılar, miniatürlar və məqalələr toplanmışdır. İlk kitabından başqa general Cümşüd Rəsulbəyov haqqında oçerki də ayrıca kitabça şəklində çap edilmişdir . Onun Moskvada "Azərbaycan haqqında oçerk " kitabı buraxılmışdır. Moldovada nəşr edilən Azərbaycan haqqında oçerklər kitabında bir oçerki də yer almışdır. Esseləri, şeirləri və s.: yazıları onun yüksək bədii təfəkkürə malik qələm sahibi kimi tanıtmışdır.

Filmləri 10 sənədli və elmi filmin müəllifidir.Onun "Nəsirəddin Tusi" haqqında elmi — sənədli filmini bir çox xarici ölkələr satın almışlar. "Zaman amili" və "Bakı buxtası" filmləri də maraqla qarşılanmışdır.

Həmçinin bax Məmmədrza ağa Vəkilov Fəxri Vəkilov Mustafa bəy Vəkilov Rəhim bəy Vəkilov Mədinə xanım Qiyasbəyli (Vəkilova) Mehdixan Vəkilov Səməd Vurğun Yusif Səmədoğlu Vaqif Səmədoğlu Aybəniz Vəkilova Cavanşir Vəkilov Balo bəy Vəkilov Leyla Vəkilli

İstinadlar

Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar jurnalistləri