Kilimancaro Milli Parkı — Tanzaniyanın Kilimancaro regionunda, ekvatordan cənubda yerləşən milli park. Park Moşi şəhərinin yaxınlığında yerləşir. Parka Kilimancaro dağının bütün meşə zolağı və yuxarıdakı montan meşə kəməri daxildir. Kilimancaro Milli Parkı 1 688 kvadrat kilometr ərazini əhatə edir. Park Tanzaniya Milli Parklar Təşkilatı () tərəfindən idarə olunur.Mount Kilimanjaro National Park, Tanzania National Parks Authority
Park 2013-cü ildə 51 milyon ABŞ dolları gəlir əldə etdi. Park bununla Tanzaniya milli parkları arasında ikinci və 2012-2013-cü illər ərzində büdcəyə gəlir gətirən yalnız iki Tanzaniya milli parkından biri idi. TNPA, 2012-2013 turizm ilində parkda 58.460 turistin qeyd etdiyini, bunlardan 54.584 nəfərinin xarici olduğunu bildirdi.
Tarix XX əsrin əvvəllərində Kilimancaro dağı və ona bitişik meşələr Alman müstəmləkə hökuməti tərəfindən ov ərazisi elan edildi. 1921-ci ildə ərazi meşə qoruğu təyin edildi. 1973-cü ildə isə meşə zolağının üzərindəki dağ (təxminən ) milli park olaraq təsnif edildi. Park 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən Ümumdünya irsi elan edilmişdir. 2005-ci ildə park Kilimancaro Meşə Qoruğunun bir hissəsi olan bütün montan meşəsini əhatə etmək üçün genişləndirildi.
Fauna Parkda müxtəlif heyvanlar tapıla bilər. Meşə zolağından yuxarıda Kilimancaro ağac damanı, kolluq dukeri və gəmiricilərə tez-tez rast gəlinir. Meşə zolağında Buşbok və cephalophus spadix görünür. Montan meşəsində və bəzən rütubətli və ya otlaq ərazilərdə Afrika kəlləri yaşayır. Fillərə Namvay və Tarakya çayları arasında rats gəlinə bilər və bəzən daha yüksək hündürlüklərdə də olurlar. Montan meşələrində mavi meymunlar, ağ-qara kolobuslar, qalaqolar və bəbirlərə rast gəlmək olar.
İstinadlar
Kateqoriya:1973-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Tanzaniyadakı ümumdünya irsi