Jan Ameri (; ) — avstriyalı yazıçı. Əsl adı Xans Mayer () olan yazıçı əsərlərinin böyük hissəsini İkinci Dünya müharibəsi haqqında yazmışdı.

Həyatı Jan Ameri Vyanada doğulmuşdu. Atası yəhudi, anası isə katolik idi. Atasının Birinci Dünya müharibəsində cəbhədə ölməsindən sonra anası tərəfindən katolik olaraq yetişdirilmişdi. Vyanada fəlsəfə və ədəbiyyat üzrə təhsil alsa da, maddi vəziyyətinə görə davamlı olaraq təhsilini dayandırmalı olmuşdu.

Vyanada təhsil alarkən Nasistlərin Belçikanın işğalına qarşı çıxmış, Gestapo tərəfindən tutulduqdan sonra isə Auşvitz həbs düşərgəsinə göndərilmişdi. 1945-ci ildə düşərgədən azad edildikdən sonra isə Belçikada yaşamağa başlamışdı.

Müharibədən sonra Müharibə bitdikdən sonra öz alman köklərindən uzaqlaşdığını və fransız mədəniyyəti ilə olan bağını simvollaşdırmaq üçün Xans Mayer olan adını Jan Ameri olaraq dəyişdirmişdi. İsveçrədəki alman qəzetlərində jurnalist olaraq işləyən Jan Ameri uzun müddət Almaniya və Avstriyada kitab nəşr etdirməyi rədd etmişdi 1964-cü ilə qədər ölüm düşərgələrində yaşadığı təcrübələr haqqında heç nə yazmamış, daha sonra isə "Jenseits von Schuld und Sühne" (Günah və kəffarə xaricində) adlı əsərini nəşr etdirmişdi.

Daha sonradan ölümünə qədər evli qalacağı Mari Eşanauer ilə evlənən yazıçı 1976-cı ildə "İntihar: Könüllü ölüm haqqında" adlı kitabını yayımlamış və 1978-ci ildə həddən artıq dozada yuxu dərmanı ataraq intihar etmişdi.

İstinadlar

Kateqoriya:Nasist həbs düşərgələri məhbusları Kateqoriya:Avstriya jurnalistləri Kateqoriya:Yəhudi filosoflar