1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur.СССР по футболу 1963. Первая группа "А" — турнирная таблица Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi.
Çempionat Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı. 1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi.
Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi. İyirmi gün davam edən təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığa, habelə gənclərin sınaqdan keçirilməsinə ayrıldı. Yekunda hücum və müdafiə xəttindən razı qalan məşqçilər yarımmüdafiədə problemlərin olduğunu gördülər. Mövsümün startı ərəfəsində Bakıda təşkil edilən son məşqlərdə məhz bu çatışmazlığın aradan qaldırılması üzərində işlədilər. Mövsüm ərzində keçirilən oyunlarda baş məşqçilər adətən 4–2–4 və ya 4–3–3 taktiki sxeminə üstünlük veriblər.
Birinci dövrə thumb|right|210px|Birinci dövrədə keçirilmiş "Neftyanik" — "OİK" matçının proqramı. Aprel ayının 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ futbol çempionatı başladı. "Neftyanik" "A" qrupunun güclülər dəstəsində mübarizə aparırdı. İlk turda Bakıda Belarus təmsilçisi "Dinamo Minsk" ilə keçirilən matç 0:0 bitdi. "Neftyanik" ilk qələbəni 3-cü turda evdə "Dinamo Moskva" komandası ilə oyunda əldə etdi: ilk hissədə Sergey Melkumovun vurduğu qol "Neftyanik"ə çempionatda ilk qələbəni qazandırdı. Ardıyca evdə Donetskin "Şaxtyor"u məğlub edildi. Çempionatın 8-ci turunda "Neftyanik" tarixinin ən böyükhesablı qələbələrindən birini qazandı. Evdə "Torpedo Kutaisi" ilə oynayan "Neftyanik" yekunda 7:0 hesablı qələbə qazandı. Bu oyunda Eduard Markarov het-trikə imza atdı və həmçinin Valeri Hacıyev penalti zərbəsini dəqiq vura bilmədi. Ümumiyyətlə ilk 8 turdan sonra "Neftyanik" çempionatda məğlub olmayan 4 komandadan biri idi. Lakin daha sonra komanda ardıcıl olaraq Leninqrad, Alma-Ata və Daşkənd səfərlərindən xalsız döndü və 12-ci turda Bakıda Odessanın "Çernomorets" klubu məğlub edildi. Ardıyca səfərdə, Tbilisi və Yerevanda yerli komandalara məğlub olduqdan sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan getdi. 17-ci turdan etibarən "Neftyanik" oyunlara Əhməd Ələsgərovun rəhbərliyi altında çıxmağa başladı.Erməniləri məğlub edən ilk klubumuz İlk dövrənin son ev oyununda "Torpeda Moskva" üzərində 2:0 hesablı qələbə qazanılır. Bu turdan sonra ilk dövrə bitir və komandalar növbəti turdan etibarən ikinci dövrəyə başlayırlar. Beləliklə ilk dövrəni "Neftyanik" 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlə 7-ci pillədə bitirdi. Topların sayı isə 25–15 komandanın xeyrinə idi.
İkinci dövrə Bu dövrənin 4-cü oyununda "Neftyanik" çempionatda gümüş medal qazanacaq Rostovun "OİK" kollektivini səfərdə 1:3 hesabı ilə məğlub edir. Daha sonra Bakıda növbəti ev oyununda "Dinamo Tbilisi" ilk dəfə məğlub edilir. "Neftyanik"in hücum tandemi — Banişevski, Tuayev və Markarov 3:2 bitən matçda qolların müəllifi olurlar. Daha sonra komanda ardıcıl olaraq 6 oyun qələbə qazanır. Bakıda Gürcüstan təmsilçisi məğlub edildikdən sonra səfərdə növbəti Gürcüstan təmsilçisi, "Torpedo Kutaisi" çempionat ərzində ikinci dəfə məğlub edilir. Ardıyca səfərdə məğlub olduğumuz "Zenit", "Kayrat" və "Paxtakor" klubları ardıcıllıqla Bakıda məğlub edilir. Yarışın bitməyinə 3 tur qalmış komanda səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşırdı. Bu oyunun nəticəsinə əsasən "Neftyanik" ilk dəfə Kiyevdə Dinamo üzərində 1:2 hesablı qələbə qazanır. Bu oyunda "Neftyanik"dən qolları 23 və 37-ci dəqiqələrdə Eduard Markarov və Anatoli Banişevski vurmuşdur. Son iki turda isə komanda rəqiblərini evdə qəbul edəcəkdi. Əvvəlcə Moskvanın "MOİK" ilə görüş qolsuz başa çatır, son turda isə rəqib digər Moskva təmsilçisi, "Spartak" komandası idi.
Son matç thumb|left|"Neftyanik"in son turdakı qələbəsindən sonra ölkədə çap edilən qəzetlərin birində başlıq.
İkinci dövrənin son oyununda "Neftyanik" evdə "Spartak Moskva" ilə qarşılaşırdı. Noyabrın 30-u keçirilən matçda bürünc medalı təmin etmək üçün "Neftyanik"ə heç-heçə belə kifayət edirdi lakin doğma meydan amili və stadiona gələn 45.000 azarkeş "Neftyanik"in qələbəsində xüsusi rol oynadı. Oyunun keçiriləcəyi saat qəflətən dəyişdirildiyindən "Neftyanik"in rəisi Şövkət Orduxanovun təşəbbüsü ilə təşkilatçılar Bakı küçələri boyunca səsgücləndiricilər vasitəsilə insanları dəyişiklikdən xəbərdar edirdilər. Oyuna maraq olduqca böyük idi. Matç nəinki Azərbaycan televiziyası ilə canlı yayımlanırdı həmçinin Gürcüstan və Ermənistana da translyasiya edilirdi.Səfiyarlı. S, Rüstəmov. E Neftçi-70. — B, 2007. — S. 139.
Görüşün baş hakimi Estoniyadan Euqen Xyarms idi. Oyunun ilk hissəsində Banişevski dubl edərək "Neftyanik"i hesabda önə çıxardı. İkinci hissədə isə son nöqtəni Markarov qoydu və yekunda "ağ-qaralar" 3:0 hesabıyla qələbə qazanaraq, tarixində ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı. Həmçinin bu nəticə ilə futbol üzrə SSRİ yüksək liqasında medal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdü.
Onu da qeyd etmək lazımdır ki, "Neftyanik"in 2 əsas oyunçusu, Anatoli Banişevski və Eduard Markarov mövsümün ortasında FİFA Dünya Kubokuna yollanan SSRİ millisinin heyətinə daxil edildikləri üçün komanda 1 ay əsas oyunçularının xidmətindən məhrum olmuşdur. Əks təqdirdə komandanın daha yüksək nəticə qazanma şansı yüksək idi.
Əlavə göstəricilər thumb|right|250px|"Neftyanik"in Bakıda növbəti ev oyunu.
Mövsümü çempion kimi bitirmiş "Dinamo Kiyev"i səfərdə məğlub edən yeganə komanda "Neftyanik" oldu. Hər mövsümün sonu təqdim edilən "Əzmkar qələbə" mükafatına "Neftyanik" layiq görüldü. "Ağ-qaralar" "Kayrat"la birgə hesabda geri ola-ola ən çox qələbə əldə edən komanda idi. Mövsüm sonu elan edilən SSRİ-nin "33 ən yaxşı futbolçusu" siyahısına "Neftyanik"dən Anatoli Banişevski və Kazbek Tuayev daxil edildi. "Neftyanik" Bakıda oynadığı heç bir matçda məğlub olmadı. "Ağ-qaralar" ümumilikdə 13 qələbə və 5 heç-heçəyə nail oldular. Mövsüm ərzində Dinamo Kiyev"dən sonra ən çox böyükhesablı qələbə qazanmış komanda "Neftyanik" idi. Əhməd Ələsgərovun yetirmələrinin hesabında 6 belə qələbə var idi. Komandanın bombardiri 14 qolla Kazbek Tuayev oldu. Bu nəticə çempionatda 6-cı göstərici idi. Banişevski çempionat oyunlarının yalnız yarısında iştirak etdiyi üçün cəmi 12 dəfə fərqlənməyə imkan tapdı. "Neftyanik" Bakıda keçirdiyi matçlarda 30 qol, səfərdə keçirdiyi oyunlarda isə 17 qola imza atmışdır. Buraxılan topların sayına gəldikdə isə Bakıda sadəcə 5 top buraxan komanda səfər matçlarında 23 top buraxdı. Ümumilikdə "Neftyanik" keçirdiyi 36 oyunun 18-də qələbə qazanmış, bərabər və məğlubiyyətlə bitən oyunların sayı isə 9-dur. Mövsüm ərzində 55 top vurmuş əvəzində isə 28 top buraxmışdır. Bu göstəricilərə əsasən "Neftyanik" mövsümdə ən çox qol vuran üçüncü və ən az top buraxan ikinci komanda oldu. Komanda çempionatın gümüş medalını qazanmış Rostovun "OIK" komandasını hər iki oyunda məğlub etməsinə baxmayaraq rəqibdən 2 xal geri qalaraq yekunda bürünc mükafatla kifayətlənməli oldu. "Neftyanik"in əsas qapıçısı Sergey Kramarenko mövsüm ərzində keçirdiyi 34 matçın 17-də qapısını toxunulmaz saxlaya bildi.
SSRİ Kuboku "Neftyanik" püşkatmaya əsasən 1965/66 SSRİ Kuboku turnirinə 1/16 finaldan başlayırdı. Rəqib isə Volqoqradın "Rotor Volqoqrad" klubu idi. Komandanın əsas qapıçı Sergey Kramarenko həmçinin əsas hücumçular Anatoli Banişevski, Kazbek Tuayev və Eduard Markarov səfər matçına aparılmamışdı. "Neftyanik"dən kapitan sarğısını Anatoli Qryazev daşıyırdı. Baş hakimi Boris Solovyov olan matçı 8000 azarkeş izləyirdi. Görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatdı. Əlavə vaxtda isə rəqib komandanın oyunçusu, Valeri Poqorelov 117-ci dəqiqədə fərqlənərək komandasını növbəti mərhələyə çıxardı.
Klub
Rəhbərlik Komandanın rəisi vəzifəsini kağız üzərində ikinci məşqçi Valentin Xlıstov icra etsə də, 1966-nın ortalarından sonra bu posta İdman Komitəsində çalışan Şövkət Orduxanov təyin olundu.
Məşqçi heyəti 1965-ci ildə baş məşqçi postunda edilmiş dəyişiklikdən sonra baş məşqçi postuna Vasili Sokolov təyin olundu. Onun köməkçisi postuna isə futbolçu karyerasını yenicə bitirmiş Əhməd Ələsgərov təyin edilir. Lakin 1 il sonra, 1966-cı ilin avqust ayında Bakıda Fransanın "Tuluza" komandasına qarşı keçirilmiş (2–1) yoldaşlıq oyunundan qısa müddət sonra Vasili Sokolov Moskvaya getmək qərarına gəlir. Bu anda gənc Əhməd Ələsgərov klubun baş məşqçi postuna sahib olur. O, sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək komandanı inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.
Tibbi heyət Klubun baş həkimi Boris Xetaqurov idi. O, kluba 1965-ci ilin aprel ayında təyin edilmiş, 1966-cı ilin yanvar ayından etibarən isə əsas komandada çalışmağa başlamışdı. Xetaqurov həmçinin masajçı vəzifəsini də yerinə yetirirdi.
Stadion "Neftyanik" ev oyunlarını rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında olmuş Lenin adına Respublika stadionunda keçirirdi. Komanda 1966-cı ildə burada 18 çempionat və 2 yoldaşlıq oyunu olmaqla ümumilikdə 20 oyun keçirmişdir.
Komandanın heyəti Heyət 25 futbolçudan təşkil edilmişdir ki, burada digər mövqelərə nisbətən yarımüdafiəçilər üstünlük təşkil edirdi. Komandanın 2 əsas oyunçusu, Anatoli Banişevski və Eduard Markarov 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Kubokunda SSRİ milli futbol komandasının heyətinə daxil olunduqları üçün, bu amil onların iştirak etdikləri ümumi oyun sayına təsir göstərmişdir. Komandanın ən gənc üzvü 19 yaşlı yarımmüdafiəçi Anatoli Oqerçuk idi. Oyunçu Vətəndaşlıq Doğum tarixi Oyun sayı İst. Qapıçılar Sergey Kramarenko 27.5.194634 Zahid Hüseynov 19413 Vyaçeslav Şexov 7.11.19443Müdafiəçilər Vyaçeslav Semiqlazov (K) 1.1.194136 Vladimir Bruxti 11.06.194535 Yaşar Babayev 21.04.194120 Adil Babayev 193914 Arif Rzayev 19439 Vyaçeslav Lyoqki 10.8.19460 Nikolay Boqdanov 18.12.194425 Yarımmüdafiəçilər Ravil Cəlilov 13.10.19359 Aleksandr Trofimov 11.9.193733 Anatoli Qryazev 193726 Sergey Melkumov 194418 Anatoli Oqerçuk 16.4.19475 Valeri Fedortsov 19456 Mübariz Zeynalov 18.3.194520 Valeri Hacıyev 9.8.194134 Hücumçular Anatoli Banişevski 23.2.194614 Kazbek Tuayev 13.11.194034 Eduard Markarov 20.6.194226 Nadir Zeynalov 20.9.19421 Yuri Stekolnikov 27.11.19462 Nizami Salahov 25.5.19458 Yuri Melkumov 194416
Transferlər 1965-ci ildə futbol mövsümünün bitməsindən sonra 6 oyunçu komandadan ayrıldı, əvəzində isə yeni 6 oyunçu komandaya cəlb olundu. Komandadan ayrılan futbolçulardan ikisi, növbəti mövsüm komandanın baş məşqçisi olacaq Əhməd Ələsgərov zədə səbəbindən, Yuri Kuznetsov isə yaş səbəbindən futbolçu karyeralarını bitirdilər.
Gələnlər Mövqe Vətəndaşlıq Ad HaradanHSergey MelkumovPaxtakor DaşkəndYVitali XluçinŞinnik YaroslavlMRafiq BağırovDinamo (Bakı)MRavil BatrayevDinamo (Bakı)MNadir EynullayevDinamo (Bakı)HMübariz ZeynalovDinamo (Kirovabad)
Gedənlər Mövqe Vətəndaşlıq Ad Haraya İstMTofiq AxundovMBoris FalkovskiDinamo (Kirovabad)HRuslan AbdullayevDinamo (Kirovabad)HViktor ZabrudinDinamo (Kirovabad)YƏhməd Ələsgərov karyerasını bitirdiHYuri Kuznetsov karyerasını bitirdi
Turnir cədvəli Səfərdə keçirilən OİK Rostov — Neftyanik (1:3) matçında rəqib oyunçu avtoqola imza atmışdır.