Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu — Türkiyə Konstitusiyasının 134-cü maddəsinə görə, Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq üçün 1983-cü ildə quruldu.

Qurumun qanuni varlığı Türkiyə Cümhuriyyəti Konstitusiyası ilə təmin olunmuşdur:

Konstitusiya: Maddə 134 — Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq məqsədi ilə; Atatürkün mənəvi himayəsində, Prezidentin nəzarəti və dəstəyi ilə, Prezident tərəfindən təyin olunan nazirə bağlı; Atatürk Araşdırma Mərkəzi, Türk Dili Cəmiyyəti, Türk Tarix Qurumu və Atatürk Mədəniyyət Mərkəzi Başçılığından ibarət olan, ictimai hüquqi şəxsiyyətə sahib olan "Atatürk Mədəniyyəti, Dili və Tarixi Yüksək Qurumu" qurulur.

2876 saylı qanun ilə də, müəssisənin işçilərinin vəzifə təlimatları və şəxsi hüquqları tənzimlənir.

Bağlı təşkilatlar Qurum aşağıdakı alt qurumların yoxlanılması ilə tapşırılmışdır: Türk Tarix Qurumu Türk Dili Cəmiyyəti Atatürk Araşdırma Mərkəzi Atatürk Mədəniyyət Mərkəzi Başçılığı

Prezidentləri + Adı Başlanğıc Son Em. Korg. Suat İlhan 1983 1991 Prof. Dr. Utqan Qocatürk 1 yanvar 1992 19 iyul 1993 Prof. Dr. Rəşad Gənc 2 avqust 1993 14 avqust 2000 Prof. Dr. Sadıq Tural 27 sentyabr 2000 6 avqust 2009 Prof. Dr. Bahyəddin Yeddiyıldız 6 avqust 2009 2 noyabr 2012 Prof. Dr. Dərya Örs 2 noyabr 2012 15 yanvar 2019 Prof. Dr. Məhəmməd Həkimoğlu15 Ocak 2019 - 23 Nisan 2020 tarihleri arasında vekil 15 yanvar 2019 vəzifədə

Həmçinin bax Atatürk Beynəlxalq Sülh Mükafatı Azərbaycanda Atatürk Mərkəzi

İstinadlar

Xarici keçidlər Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu rəsmi saytı

Kateqoriya:1983-cü ildə yarananlar