Convair — ABŞ-yə məxsus olan keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1943-cü ildə Consolidated Aircraft (Birləşdirilmiş Təyyarə) və Vultee Aircraft (Vultee Təyyarə) şirkətlərinin birləşməsi ilə qurulmuşdur və 1953-cü ildə General Dynamicsin bir hissəsinə çevrilmişdir. Baş ofisi San-Dieqoda idi.

1994-cü ildə şirkət bölmələrinin əksəriyyəti daha sonra sahibi olan General Dynamics tərəfindən, McDonnell Douglas və Lockheed Martinə satıldı, qalan hissələri isə 1996-cı ildə bağlandı.

Kateqoriya:Kaliforniya şirkətləri