İbrahim Məmmədov (tam adı:Məmmədov İbrahim Xəlil oğlu; ) — Dövlət Plan Komitəsi sədrinin birinci müavini, Kənd Təsəsrüfatı və İqtisadiyyat nazirinin müavini, professor.

Həyatı Məmmədov İbrahim Xəlil oğlu 1930-cu ildə Naxçıvan Muxrar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur.

Ailəsi Atası Kərbəlayı Xəlil bəy Vəkilov 1937-ci ildə repressiyaya olunaraq güllələnib.

Ölümü 4 iyul 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti Uzun illər Dövlət Plan Komitəsi sədrinin birinci müavini, Kənd Təsəsrüfatı və İqtisadiyyat nazirinin müavini işləmişdir. İqtisadçı kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur.

Üzvü olduğu təşkilatlar 1996-cı ildə Beynəlxalq Energetika akademiyasının Akademiki seçilmişdir.

Fəxri adları və təltifləri 1966-cı ildə "Şərəf nişanı" ordeni ilə, 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Yubiley medalı", 1971-ci ildə Dövlət Plan Orqanlarının 50 illiyi münasibətilə "Tərifnamə", 1973-cü ildə "Qırmızı əmək bayrağı" ordeni ilə, 1976-cı ildə "Xalqlar Dostluğu" ordeni və Xalq Təsərrüfatında görkəmli nailiyyətlərinə görə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin "Qızıl medal" ilə, 1984-cü ildə Bolqar-Sovet dostluğunun təsisi ilə əlaqədar "Tərifnamə" ilə təltif olunmuşdur.

İstinadlar