Maisa Qarsiya Qodoy (d. 17 sentyabr 1990) — İspaniyanı təmsil edən su poloçusu.
Karyerası Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Daha sonra Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
İstinadlar
Kateqoriya:İspaniyanın Olimpiya su poloçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında su poloçuları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında su poloçuları Kateqoriya:Olimpiya gümüş medalına sahib İspaniya idmançıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib İspaniya idmançıları Kateqoriya:2024 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarının medalçıları