Xələclər Cəmi say48.000 (2010) Əhəmiyyətli sayda yaşadığı bölgələr Azərbaycan, İran, Əfqanıstan, Türkmənistan, Özbəkistan. Dil Xələc dili Din İslam Yaxın etnik qruplar Türklər, Azərbaycanlılar
Xələclər yoxsa Qalaçlar — Azərbaycanda, İranda, Əfqanıstanda, Türkmənistanda, Özbəkistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalqı. Dilləri Altay dil ailəsinin Türk dilləri qrupunun Arqu yarımqrupuna aiddir. İrandan başqa yaşadıqları ölkələrdə digər xalqlar arasında assimilyasiyaya uğramışlar. Hazırda İranda xələclərin böyük əksəriyyəti Azərbaycan türkləri ilə qarışsa da, az bir qismi öz dillərini məişət səviyyəsində qorumuşdur. İranın Mərkəzi və Qum ostanlarında yaşayırlar.
Xələclər Xaçmaz, Xızı, Beyləqan, Qubadlı, Gədəbəy, Şamaxı, Ucar, Salyan və Astara rayonunun Şahağac kəndində yaşayırlar. Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir. Xələclər Şahağaca Şandermandan gəlmişlər.
Adı mənşəyi Divanü Lüğat-it-Türkdə boy adı belə izah edilir;
"….. İyirmi ikilər onlara türkcə "qal ac" deyərlər, "ac qal" deməkdir. Sonradan bunlara "Xalaç" deyilmişdir; əsilləri budur."Divanü Lügat-it – Türk Tercümesi, çev. Atalay Besim, TDK Yayınları 523, Ankara, 1992, Cilt III, s. 415.
Oğuzlar və qıpçaqlar "x"-nı "k"-ya tərcümələr. Bunlar "Xalaçlar"dan bir bölükdür. Bunlar türklərin "qızım" dediyi yerdə "Xızı" deyərlər və yenə o biri türklərin "kandi erdinğ" dediyi yerdə bunlar "xanda erdinğ" deyərlər ki, "harada idin" deməkdir.Divanü Lügat-it – Türk Tercümesi, çev. Atalay Besim, TDK Yayınları 523, Ankara, 1992, Cilt III, s. 218..
Oğuz Dastanında da "Xələc" sözü bir türk boyunun adı olaraq göstərilir və "ac qalmaq" ifadəsindən törədiyi qeyd edilmişdir.Ögel B., Türk Mitolojisi, Türk Tarih Kurumu Yayınları, Ankara, Cilt 1, s. 178.
İstinadlar
Kateqoriya:Türk xalqları Kateqoriya:İranda yaşayan etnik qruplar Kateqoriya:Xələclər Kateqoriya:Mərkəzi Asiya tarixi