Aleksandr Mixayloviç Topanov (; ) – Xakas şairi və dramaturqu, Xakas ədəbiyyatının ilk yaradıcılarından biri, xakas əlifbasının və yazı sisteminin müəllifi.

Həyatı Alexander Topanov 28 sentyabr 1903-cü ildə Yenisey quberniyasının Ust-Fırkal kəndində (indiki Xakasiyanın Şirinsk rayonu) anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almış, sonra Krasnoyarsk Ruhani Seminariyasını, birillik müəllimlik kursunu bitirmişdir. Daha sonra İrkutsk Universitetininin hüquq fakültəsinə daxil olsa da, ancaq vətəndaş müharibəsi ilə bağlı baş verən hadisələr səbəbindən məzun ola bilməmidir.

Orta və pedaqoji məktəbdə müəllim işləmişdir. 1927-ci ildən Moskvada Milli Azlıqlar Şurasında çalışmışdır.

1931-1947-ci illərdə Xakasiya Milli Teatrının aktyoru və ilk bədii rəhbəri olmuşdur. O, teatrda həm dramaturq, həm bədii rəhbər, həm də aktyor kimi fəaliyyət göstərmişdir.

1948-ci ildə repressiya qurbanı kimi Xakasiyanı tərk etməyə məcbur olmuş, Krıma köçərək ömrünün sonlarına kimi orada yaşamışdır. 10 yanvar 1959-cu ildə Krımın Alupka şəhərində vəfat etmiş, orda da dəfn olunmuşdur.

Yaradıcılığı

Aleksandr Topanovun 1928-ci ildə xakas ədəbiyyatında ilk şeirlər toplusu olan “Mahnılar kitabı”nı, bunun ardınca"Qırmızı bozkır" poetik məcmuəsini nəşr etdirmişdir.

Onun ilk şeirlər toplusu olan “Mahnılar kitabı” və “Gərəksiz öyrətmə” (“Ӱгредігліг чобағ чох”) dramı rus yazıçısı Maksim Qorkinin təşəbbüsü ilə yayınlanmışdır.

Daha çox dramaturgiya sahəsində fəaliyyət göstərən müəllif “Babi üsyanı” (“Хаттар утии”), “Silahdan traktora” (“Мылтыхтаң тракторзар”), “Dəvətikanı”, “Sinfi düşmənlər” pyeslərinin müəllifi kimi şöhrət tapmışdır. Bununla yanaşı, ilk xakas musiqili komediyası olan "Aldanmış Xorxlo" (“Алаахтыртхан Хорхло”) müəllifidir.

Aleksandr Topanov xakas yazı sisteminin yaradıcılarından biri, ilk xakas əlifbasının müəllifi və rus poeziyasının xakas dilinə tərcüməçisi kimi tanınır.Топанов Александр Михайлович. // Писатели Хакасии. - Абакан, 2000 Xatirəsi

Abakan şəhərindəki Xakasiya Milli Dram Teatrı A.M.Topanovun adını daşıyır.

Kitabları

«С ученьем без нужды» (Драма) Москва: 1928 «Книга песен» (Поэтич. сб.), Москва: 1928

Ədəbiyyat

Майнагашева, Н.С. Жизнь и творчество Александра Михайловича Топанова : [монография] / Н.С. Майнагашева ; гос. бюджетное науч.-исслед. учреждение РХ «Хакас. науч.-исслед. ин-т яз., лит. и истории». – Абакан: Хакас. кн. изд-во, 2013.– 203 с Топанов Александр Михайлович. // Писатели Хакасии. - Абакан, 2000

İstinadlar

Xarici keçidlər Qısa ədəbi ensiklopediya Xakasiyanın ədəbi xəritəsi

Kateqoriya:Əlifba sırasına görə yazıçı və şairlər Kateqoriya:28 sentyabrda doğulanlar Kateqoriya:1903-cü ildə doğulanlar Kateqoriya:10 yanvarda vəfat edənlər Kateqoriya:1959-cu ildə vəfat edənlər Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya dramaturqları