Yosip Frank (; ) — Xorvatiya vəkili, hüquqşünas və siyasətçi, Xorvatiya parlamentində Hüquq Partiyasının (1861—1929) tanınmış nümayəndəsi və Avstriya-Macarıstanda xorvat milli maraqlarının müdafiəçisi.

Həyatı Yəhudi ailəsində anadan olmuşdur.: Bəzi məlumatlara görə, on səkkiz yaşında katolisizm qəbul etdi. Osiyek gimnaziyasında oxumuşdur. 1872-ci ildə Vyana Universitetində hüquq təhsilini bitirdikdən sonra Zaqrebə köçdü və hüquqşünas kimi işləməyə başladı. Frank Hüquq Partiyasının rəhbəri olanda, siyasi proqramda serbofobiyanı kəskin şəkildə artırdı. Frank ardıcıl olaraq xorvat xalqını Avstriya-Macarıstanın Balkanlarda dayağı, serbləri isə əsas düşmənləri kimi təqdim etməyə çalışırdı. 1900-1902-ci illərdə Frank tərəfdarları Zaqreb, Karlovats və Slavonski-Brodada bir neçə serb qırğınları təşkil etdilər.

İstinadlar

Kateqoriya:Xorvatiya siyasətçiləri Kateqoriya:Avstriya-Macarıstan siyasətçiləri