UEFA Çempionlar Liqası 2020/2021 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 66-cı mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 29-cu mövsümüdür.

Final matçı Portu şəhərində yerləşən Draqao Stadionunda, "Çelsi" ilə "Mançester Siti" klubları arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn "Çelsi" kuboku başı üzərinə qaldırdı. Bununla yanaşı, klub 2021 UEFA Super Kubokunda UEFA Avropa Liqası 2020–21-ci illər mövsümü qalibi "Vilyareal" ilə qarşılaşmaq şansı əldə etdi.

Əslində bu mövsümün finalının Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı, lakin bəzi faktorlar bunun qarşısını aldı. COVID-19 pandemiyası Türkiyədə digər ölkələrə nəzərən daha şiddətli şəkildə tüğyan etdiyindən Birləşmiş Krallıq Türkiyəni turistlər üçün qırmızı siyahıya saldı. Bundan əlavə, finalda iki ingilis klubu qarşılaşacaqdı və belə çətin dönəmdə ölkədən uzaqda finalın keçirilməsi birmənalı qarşılanmırdı. UEFA bütün durumu nəzərə aldı və mayın 13-də finalın İstanbuldan Portuya keçirilməsini məqsədəuyğun hesab etdi. İstanbul isə 2023-cü ildə turnirin finalında ev sahibliyi edəcək.[23:00 https://www.ntvspor.net/futbol/2023-uefa-sampiyonlar-ligi-finali-istanbul-da-609e262cf9459c5f10d8ce38 2023 UEFA Şampiyonlar Ligi finali İstanbul'da]

Turnirdə çempion olan "Çelsi" 2021 FİFA Klublararası Dünya Kubokunda da iştirak etmək hüququ qazandı.

Qatılacaq klubların müəyyənləşməsi 2020–21 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 79 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən: 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub. 5 və 6-cı sıralarda yer alan ölkələrdən üç klub. 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki komanda. 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric). Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası çempionu.

Ölkə sıralaması Ölkələrin toplam xalları 2014–15-ci il mövsümündən 2018–19-cu illər mövsümünə qədər klub müsabiqələrində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.

+2020–21 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinqiSıraAssosiasiyaXalKomanda1 İspaniya103,56942 İngiltərə85.4623 İtaliya74,7254 Almaniya71.9275 Fransa58,49836 Rusiya50,5497 Portuqaliya48,23228 Belçika39,9009 Ukrayna39,90010 Türkiyə34,60011 Niderland32,43312 Avstriya31,25013 Çexiya28,67514 Yunanıstan27,60015 Xorvatiya27,37516 Danimarka27,025117 İsveçrə26,90018 Kipr24,92519 Serbiya22,250SıraAssosiasiyaXalKomanda20 Şotlandiya22,125121 Belarus 21,87522 İsveç20,90023 Norveç20,20024 Qazaxıstan19,25025 Polşa19,25026 Azərbaycan19,00027 İsrail18,62528 Bolqarıstan17,50029 Rumıniya15,95030 Slovakiya15,62531 Sloveniya15,00032 Lixtenşteyn13,500033 Macarıstan10,5001 34 Şimali Makedoniya8,00035 Moldova7,75036 Albaniya7,50037 İrlandiya 7,450SıraAssosiasiyaXalKomanda38 Finlandiya7,275139 İslandiya7,25040 Bosniya və Herseqovina7,12541 Litva6,75042 Latviya5,62543 Lüksemburq5,50044 Ermənistan5,25045 Malta5,12546 Estoniya5,00047 Gürcüstan4,75048 Uels4,12549 Monteneqro4,12550 Farer adaları4,00051 Cəbəllütariq4,00052 Şimali İrlandiya3,87553 Kosovo2,50054 Andorra1,83155 San-Marino0,666

Klubların bölgüsü Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə qoşulurlar.

Bu turda mübarizəyə başlayacaq klubların sayıBir öncəki turdan gələn klubların sayıİlkin mərhələ(4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır)52–55-ci sıralarda yerləşən 4 ölkənin çempionuBirinci təsnifat mərhələsi(34 klub)18–51-ci sıralarda yerləşən 31 ölkənin çempionu (Lixtenşteyn xaric)İlkin mərhələdən gələn 1 klubİkinci təsnifat mərhələsiÇempionlar(20 klub)15–17-ci sıralarda yerləşən 3 ölkənin çempionuBirinci təsnifat mərhələsindən gələn 17 klubÇempion olmayan(6 klub)10–15-ci sıralarda yerləşən 6 ölkənin ikincisiÜçüncü təsnifat mərhələsiÇempionlar(10 klub) İkinci təsnifat mərhələsindən gələn 10 klubÇempion olmayan(6 klub) 7–9-cu sıralarda yerləşən 3 ölkənin ikincisi İkinci təsnifat mərhələsindən gələn 3 komandaPlay-off turuÇempionlar(8 klub) 12–14-cü sıralarda yerləşən 3 ölkənin çempionu Üçüncü təsnifat mərhələsindən gələn 5 çempion komandaÇempion olmayan(4 klub) 6-cı sırada yerləşən ölkə üçüncüsü Üçüncü təsnifat mərhələsindən gələn 3 çempion olmayan komandaQrup mərhələsi(32 klub) 1–11-ci sıralarda yerləşən 11 ölkənin çempionu 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi 1–5-ci sıralarda yerləşən 5 ölkənin üçüncüsü 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü Play-off turundan gələn 4 çempion komanda Play-off turundan gələn 2 çempion olmayan komanda1/8 Final(16 klub) Qruplarında birinci yeri tutan 8 klub Qruplarında ikinci yeri tutan 8 klub

Komandalar TurKomandalar Bayern MünhenÇL-Ç Real Madrid Barselona Atletiko Madrid SevilyaAL-Ç Liverpul Mançester Siti Mançester Yunayted Çelsi Yuventus İnter Milan Atalanta Latsio Borussiya Dortmund RB Leypsiq Borussiya Münhenqladbax Paris Seyn-Jermen Olimpik Marsel Renn Zenit Lokomotiv Moskva Porto Brügge Şaxtyor Donetsk İstanbul Başakşehir Ayaks Red Bull Salzburq Slaviya Praqa Olimpiakos Krasnodar Benfika Gent Dinamo Kiyev Dinamo Zaqreb Midtyulənd Yanq Boys Beşiktaş AZ Alkmaar Rapid Vyana Viktoriya Plzen PAOK Lokomotiva Zaqreb Omoniya Nikosiya Srvena Zvezda Seltik Dinamo Brest Yurqorden Molde Astana Legiya Varşava Qarabağ Makkabi Tel-Əviv Ludoqorets Razqrad ÇFR Kluj Slovan Bratislava Çelye Ferençvaroş Sileks Şerif Tiraspol Tirana Dandolk KuPS KR Sarayevo Süduva Maryampol Riqa Fola Eş Ararat-Armeniya Floriana Flora Tallin Dinamo Tbilisi Konnahs Key Nomeds Buduçnost Podqoritsa Kİ Klaksvik Avropa Linfild Drita İnter Eskaldes Tre Fiori

Turnirin təqvimi Oyunların tarixləri aşağıdakı kimidir. (Bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.) Turnir əslində 2020-ci ilin iyununda başlamalı idi, lakin koronavirus pandemiyası ucbatından avqusta kimi təxirə salındı. Yeni təqvim UEFA İcraiyyə Komitəsi tərəfindən 17 iyun 2020-ci ildə açıqlandı.

Bütün təsnifat mərhələləri tək matçdan ibarətdir. Ev sahibi komanda püşk nəticəsində bəlli olur. Play-off turu isə cüt ayaqlı olacaq. Qrup mərhələsindəki tək-tük oyunları və turnirin finalını çıxsaq bütün matçlar tamaşaçısız oynandı.

Qrup mərhələsinin püşkatma mərasiminin Afinada keçirilməsi planlaşdırılsa da, 2020-ci ilin 9 sentyabrında UEFA məkanın Nyona dəyişilməsinə qərar verdi.

+2020–21 UEFA Çempionlar Liqasının təqvimiMərhələTurPüşk tarixiBirinci oyunİkinci oyunTəsnifat mərhələləriİlkin mərhələ17 iyul 20208 avqust 2020 (yarı final turu)11 avqust 2020 (final matçı)Birinci təsnifat mərhələsi9 avqust 2020 18–19 avqust 2020İkinci təsnifat mərhələsi10 avqust 202025–26 avqust 2020Üçüncü təsnifat mərhələsi31 avqust 202015–16 sentyabr 2020Play-offPlay-off turu1 sentyabr 202022–23 sentyabr 202029–30 sentyabr 2020Qrup mərhələsi1. oyunlar1 oktyabr 202020–21 oktyabr 20202. oyunlar27–28 oktyabr 20203. oyunlar3–4 noyabr 20204. oyunlar24–25 noyabr 20205. oyunlar1–2 dekabr 20206. oyunlar8–9 dekabr 2020Finala doğru gedilən mərhələlər1/8 Final14 dekabr 202016–17 & 23–24 fevral 20219–10 & 16–17 mart 20211/4 Final19 mart 20216–7 aprel 202113–14 aprel 2021Yarı Finallar27–28 aprel 20214–5 may 2021Final29 May 2021, Draqao Stadionu, Portu

Koronavirus pandemiyasının turnirə təsiri COVID-19 koronavirus pandemiyası ucbatından aşağıdakı xüsusi qaydalar təsnifat mərhələsi və play-off turunda keçiriləcək matçlara tətbiq edilir: Hər püşk atılmazdan öncə UEFA səyahət məhdudiyyətləriylə bağlı məqalə dərc edir. Bütün klublar UEFA-nı öz ölkələrindəki dərc edilmiş məqalədən savayı digər məhdudlaşdırılmalarla bağlı mütləq məlumatlandırmalıdır. Hər hansısa komanda bu qaydaya riayət etməzsə və bunun nəticəsində matç oynanmazsa həmin klub buna görə məsuliyyət daşıyır və avtomatik məğlub sayılır. Əgər ev sahibi klubun təmsil etdiyi ölkə rəqib komandanın oraya gəlməsinə qadağa qoyursa, həmin klub hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan təklif etməlidir. Əksi təqdirdə onlar avtomatik məğlub sayılır və turnirdən uzaqlaşdırılırlar. Əgər səfərdə oynayacaq klubun ölkədən çıxışına qadağa varsa, ev sahibi komanda hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan önərməlidir. Əksi təqdirdə UEFA bunla bağlı bir qərar verəcəkdir. Əgər püşkdən sonra ev sahibi və ya səfərə çıxan klubun təmsil etdiyi ölkə yeni bir məhdudiyyət tətbiq etsə, həmin ölkənin komandası avtomatik məğlub sayılır. Əgər hər hansısa komanda matçı oynamağa razı deyilsə, həmin klub avtomatik məğlub sayılır. Və yaxud əgər iki komanda da matçın oynanmasına razı deyilsə, onda hər iki komanda da diskalifikasiya edilir. Rəqiblər öz aralarında matçın neytral stadionda oynanmasına qərar verə bilərlər, lakin sonda bunu UEFA təsdiqləməlidir. Ümumiyyətlə, UEFA bütün matçların oynanacağı məkanı dəyişdirmək və gərək varsa təxirə salmaq hüququna malikdir.

Dörd ölkənin (Macarıstan, Yunanıstan, Polşa və Kipr) heç bir məhdudiyyətsiz matçın oynanması üçün neytral stadionlar təmin etmə imkanı var.

İlkin mərhələ Bu mərhələnin püşkü 17 iyun 2020-ci ildə atıldı. Yarı final matçları 8 avqustda İsveçrənin Nyon şəhərindəki Kolovrey Stadionunda oynandı. Final matçı 11 avqustda oynanmalı idi, lakin "Drita" klubunda iki oyunçunun koronavirus testinin pozitiv çıxması səbəbindən matç keçirilmir. Nəticədə, "Linfild" 3–0-lıq texniki qələbə ilə növbəti mərhələyə yüksəlir.

Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.

|+Yarı final mərhələsi

|+Final matçı

Təsnifat mərhələləri Birinci təsnifat mərhələsi Birinci təsnifat mərhələsinin püşkü 9 avqust 2020-ci ildə atıldı. Matçlar 18-19 avqust tarixlərində oynandı. "Kİ Klaksvik" və "Slovan Bratislava" klubları arasında keçirilməli olan matç Slovakiya təmsilçisinin heyətindəki bir oyunçunun koronavirus testi müsbət çıxması səbəbilə klub karantinə alınıb. Nəticədə, "Kİ Klaksvik" klubu 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.

Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.

İkinci təsnifat mərhələsi İkinci təsnifat mərhələsinin püşkü 10 avqust 2020-ci ildə atılıb. Matçlar 25-26 avqustda oynanılıb. Bu mərhələdə mübarizəni dayandıranlar Avroliqanın üçüncü təsnifat mərhələsində apardılar.

|+Çempionlar

|+Qeyri-çempionlar

31 avqust 2020-ci ildə üçüncü təsnifat mərhələsinin püşkü atıldıqdan dərhal sonra əlavə xüsusi bir püşk atıldı. Bu püşk ikinci təsnifat mərhələsində mübarizəni dayandıran 10 klubdan 2-sini Avroliqanın play-off turuna birbaşa vəsiqə qazandıracaqdı. Həmin püşkün nəticəsinə görə "Tirana" və "Ludoqorets Razqrad" klubları bu şansa nail oldular.

Üçüncü təsnifat mərhələsi Üçüncü təsnifat mərhələsinin püşkü 31 avqust 2020-ci ildə atılıb. Matçlar 15-16 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə qrup mərhələsində iştirak etmək hüququnu əldə etdilər.

|+Çempionlar

|+Qeyri-çempionlar

Play-off turu Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən artıq turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.

Play-off turunun püşkü 1 sentyabr 2020-ci ildə atıldı. İlk matçlar 22-23, ikinci matçlar isə 29-30 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın qrup mərhələsində iştirak hüququ əldə etdilər.

Klubların sinifləndirilməsi ÇempionlarQeyri-çempionlarSəpələnmişlərSəpələnməmişlərSəpələnmişlərSəpələnməmişlər

Oyunlar

|+Çempionlar

|+Qeyri-çempinonlar

Qrup mərhələsi