Telman Əsəd oğlu İbadov () — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin V və VI çağırış üzvü, Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının keçmiş direktor müavini və baş həkimi.

Fəaliyyəti 2016-cı ilin avqust ayının 6-da keçirilən əlavə seçkilərdə 3 792 (%79,6) səs alaraq 45 sayılı Aza seçki dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Naxçıvan Ali Məclisinin V çağırış deputatı seçilmişdir.

2020-ci il fevralın 9-da baş tutan Naxçıvan Ali Məclisinə seçkilərdə 45 saylı Aza dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Telman İbadov Naxçıvan Ali Məclisinin VI çağırış deputatı seçildi. 2020-ci il fevralın 24-dən səlahiyyətlərinin icrasına başlayan Telman İbadov Ali Məclisi Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin üzvü seçilmişdir.

İstinadlar

Xarici keçidlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi veb-saytında Telman İbadov

Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri