İsrail Tal (; ), həmçinin Talik () — İsrail hərbçisi, İsrail Müdafiə Qüvvələrinin generalı. O, tank müharibəsi ilə bağlı olan biliyinə və Merkava tankının istehsalındakı iştirakına görə tanınır.
Həyatı İsrail Tal 13 sentyabr 1924-cü il tarixində, Fələstin mandatının Maxanayim kibbutzunda anadan olmuşdur. Onun ana tərəfi əslən 1777-ci ildə Safed və Tiberiyaya köçmüş hasidist yəhudilərindəndir. O, beş yaşından Safeddə yaşamış və 1929-cu il Safed qiyamına şahid olmuşdur.
Tal hərbi karyerasına Böyük Britaniya Silahlı Qüvvələrinin Yəhudi briqadasında başlamışdır. O, İkinci Dünya müharibəsi zamanı İtaliyada manqa komandiri kimi xidmət göstərmişdir. O, daha sonra Birinci Ərəb-İsrail müharibəsi zamanı kiçik piyada zabiti kimi, Sinay muharibəsi zamanı briqada komandiri, Altı günlük müharibə zamanı Sinay yarımadasında zirehli diviziya komandiri, Yom Kippur müharibəsi zamanı isə cənub cəbhəsinin komandiri kimi xidmət göstərmişdir.
İsrail Tal 8 sentyabr 2010-cu il tarixində Rexovot şəhərində vəfat etmişdir.
Hərbi karyerası Altı günlük müharibə zamanı göstərdiyi fəaliyyətə görə nüfuz qazanmış İsrail Tal Bar Lev xəttinə qarşı çıxan ilk adamlardan olmuşdur. O, general Ariel Şaron ilə strateji xəttin Misir qüvvələrini dəf etməkdə fayda göstərməyəcəyini mübahisə edirdi.Uri Dan, Ariel Sharon: An Intimate Portrait. Michel Lafon Publishing, 2006. Page 50 Yom Kippur müharibəsi rəsmi şəkildə sona çatdıqdan sonra ali baş komandan David Elazar və müdafiə naziri Moşe Dayan cənub cəbhəsinin komandiri olan Tala əmr vermişdir ki, Misirə hücum etsin. Tal bu əmri yerinə yetirmək imtina etmiş, səlahiyyətin baş nazirdən və ya ali məhkəmə tərəfindən verilməsini tələb etmişdir. Nə baş nazir, nə də ki ali məhkəmənin belə bir səlahiyyəti verməməsiylə Tal mübahisədə düzgün tərəf çıxmışdır.
Mükafatlar İsrail Tal 1961-ci və 1973-cü illərdə Eliyahu Qolomb adına İsrail Təhlükəsizliyi Mükafatına layiq görülmüşdür. Tal 1997-ci ildə "İsrail Dövlətinə və cəmiyyətinə verdiyi töhfələrə görə" İsrail mükafatına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Israeli Gen. Tal Honored by U. S. Armor Center Great armor commanders in History The International Commander’s Wall Israel Tal, Exhibition in the IDF&defense establishment archives
Kateqoriya:İsrail generalları Kateqoriya:İsrail yəhudiləri Kateqoriya:Altıgünlük müharibə iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları