Yelena Vladimirovna Taryeva (; ) — sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1956).
Həyatı Yelena Taryeva 8 sentyabr 1906-cı ildə Odessada anadan olmuşdur. Odessa, Moskva, Tiflis, Arxangelsk teatrlarında fəaliyyət göstərmişdir. 1938–1962-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında işləmişdir.
Yelena Taryeva, əsasən, xarakterik yaşlı qadın rolları ifa etmişdir. O, 24 iyul 1962-ci ildə Bakıda vəfat etmişdir.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı "Azərbaycan SSR xalq artisti" fəxri adı — 2 fevral 1956 "Qırmızı əmək bayrağı" ordeni
İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Qurdlar və qoyunlar Aleksandr Ostrovski Anfisa Tixonovna İstedadlar və pərəstişkarlar Aleksandr Ostrovski Domna Pantelevna Son qurban Aleksandr Ostrovski Qlafira Firsovna Sonuncular Maksim Qorki Fedosya Moskva xarakteri Anatoli Safronov Severova Maşenka Aleksandr Afinogenev Motya Öz övladlarının anası Aleksandr Afinogenev Laqutina Hamı mənim oğlumdur Artur Miller Syu Beyliss Tənha qadın Samuil Alyoşin Vera nənə
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri