Kərbəlayi Ələkbər Hacıyevin evi — Cəfər Cabbarlı küçəsi, 4 (keçmiş Şamaxinka küçəsi, 4) ünvanında yerləşən bina 1912-ci ildə tikilib. Binanın memarı A. Polyakovdur. Bu bina memarın Bakıdakı yeganə işidir.
Keçmiş Şamaxinka küçəsi, 4 (indiki Cəfər Cabbarlı küçəsi, 4) ünvanında yerləşən yaşayış evi (binanın digər fasadı keçmiş Kubinskaya indiki Zivər bəy Əhmədbəyov küçəsinə baxır) Kərbəlayı Ələsgər Hacıyevə məxsus olub. 1912-ci ildə tikilən binanın memarı A. Polyakovdur. Özünün həcmi-məkan göstəriciləri və Bakı moderninin ən yaxşı ənənələrindəki memarlıq həllinə görə bu üslubun maraqlı nümunəsidir. Üfüqi həcmdə həm flankir erkerlərin hissələrin, həm də arxaların şaquliyi stil motiv və elementlərin daha dəqiq vurğulanmış xarakteri üzə çıxır. Gözəl hazırlanmış portal və nəcib əhəngdaşından hazırlanmış şirlər-kronşteynlər fasadların həcmi plastikasına daxil olaraq memarlıq abidəsi sayılan yaşayış evinin kompozisiyasını gözəlləşdiriblər.
Şəkilləri
Həmçinin bax Kərbəlayi İsrafil Hacıyevin evi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1912-ci ildə yarananlar Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakının tarixi binaları Kateqoriya:Azərbaycanın tarixi evləri