Lalə Məhəmməd qızı Əfəndiyeva () — Azərbaycan alimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ARETN akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftlərin tədqiqi, neft məhsulları, onların alınması və texnologiyası" şöbəsinin müdiri, Təhsil Şöbəsinin müdiri, kimya elmləri doktoru, dosent.

Həyatı Əfəndiyeva Lalə Məhəmməd qızı 21 oktyabr 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981–1991-ci illərdə orta ümumtəhsil məktəbdə təhsil almışdır.

1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, 1996-cı ildə kimyaçı-müəllim ixtisası üzrə həmin universiteti bitirmişdir.

1996–1997-ci illərdə "Təravət" İB-də, 1997–1998-ci illərdə "M&Y. Kristal LTD" MM-də KŞ rəisi vəzifəsində çalışmışdır. 2006-cı ildə AMEA akaddemik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kimyaçı kimi işə başlamışdır. 2010-cu ildə elmi işçi, 2012-ci ildən böyük elmi işçi vəzifəsini icra edən, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

Elmi fəaliyyəti L. M. Əfəndiyeva 2012-ci ildə "Beşnüvəli Co, Ni komplekslərinin iştirakı ilə sintetik neft turşularının alınması prosesinin işlənib hazırlanması" mövzusunda "Neft kimyası" və "Kimyəvi kinetika və kataliz" ixtisasları üzrə dissertasiya işini müdafiə etmişhttps://retk.copat.gov.az/az/library/azerbaycan-milli-elmler-akademiyasi-akademik-yhmemmedeliyev-adina-neft-kimya-pro-20250722-093623-687f23570f530, 2013-cü ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini və 2016-cı ildə dosent elmi adını almışdır.

2017-ci ildə "Azərbaycan neftləri əsasında sintetik oksi-, neft turşularının, onların efirlərinin, metal və azot-saxlayan törəmələrinin alınması və tədqiqi" mövzusunda "Neft kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18.05.2018-ci il tarixli qərarı ilə L. M. Əfəndiyevaya kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

20.12.2017-ci ildən "Maye fazada oksidləşmə" laboratoriyasının müdiri vəzifəsində, 16.10.2023-cü ildən hal-hazıra kimi "Neftlərin tədqiqi, neft məhsulları, onların alınması və texnologiyası" şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda, həmin ildən NKPİ-nin Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən təyin olunmuşdur.

Elmi nailiyyəti L. M. Əfəndiyevanın əsas elmi istiqamətini perspektivli neft-kimya prosesləri üçün yeni yüksək səmərəliliyə malik katalizatorların işlənib hazırlanması (metal saxlayan çoxnüvəli, nanostrukturlaşmış komplekslər, qrafen və onun modifikasiya olunmuş formaları, keçid metalların (Cr, Co, Mn, Ni və s.) asetilasetonatları və onların difenilhidrazinlə kompleksləri, metal duzları ilə modifikasiya olunmuş nano γ-Al2O3, alümosilikat əsaslı katalitik sistemlər) və bu katalizatorların iştirakı ilə neft karbohidrogenlərinin maye fazada aerob oksidləşməsindən yüksək çıxımla sintetik neft- və oksiturşuların alınması, yüksək dispersli katalizatorların iştirakı ilə təkmilləşdirilmiş efirləşmə prosesinin öyrənilməsi və sintez olunmuş maddələrin tətbiq sahələrinin araşdırılması təşkil edir. Eyni zamanda, sintez edilmiş sintetik oksi- və neft turşuları qarışığı əsasında yüksək effektli korroziya inhibitorları və konservasiya mayelərinin alınması istiqamətində də elmi-tədqiqat işləri aparılmışdır. L. M. Əfəndiyeva tərəfindən Azərbaycanın sənaye neftləri qarışığından alınan dizel distillatı əsasında oksigenli komponentlərə malik ekoloji əlverişli dizel yanacağının alınması sahəsində də tədqiqatlar aparılmış və müsbət nəticələr əldə edilmişdir. Eyni zamanda hal-hazırda onun tərəfindən yüksək keyfiyyətli yol bitumlarının alınması üçün SNT əsasında aşqarların sintezi, eləcə də, neft qudronunun müxtəlif katalitik sistemlərin iştirakı ilə oksidləşməsi istiqamətində tədqiqatlar aparılır.

Elmi tədqiqatları Apardığı işlərin nəticələri 229 elmi əsərdə, o cümlədən 5 monoqrafiya, 111 məqalə və 107 tezisdə və 4 patentdə öz əksini tapmışdır. L. M. Əfəndiyeva Beynəlxalq (Türkiyə (İstanbul, İzmir, Ankarahttps://science.gov.az/az/news/open/18748 şəhərlərində, Antalya, Trabzon); Rusiya (Moskva, Sankt-Peterburq şəhərlərində); Almaniya (Rostok, Münhen şəhərlərində); Portuqaliya, Bosnya-Hersoqovinya, Makedoniya) və respublika konfranslarında elmi məruzələrlə dəfələrlə çıxış etmişdir.

2011-ci ildə "Azərikimya" İstehsalat Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun birgə təşkil etdiyi Azərbaycanın Neft Çıxarma, Neft Emalı və Neft Kimyası sənayelərinin aktual problemlərinə həsr olunmuş Azərbaycanın Gənc Kimyaçılarının Respublika Elmi konfransında – I yerə, 2012-ci ildə "Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası" çərçivəsində keçirilmiş Gənc alimlərin Elmi konfransında II yerə layiq görülmüşdür.

Elmi – təşkilati fəaliyyəti L. M. Əfəndiyeva, 2018-ci ildən NKPİ-nin Elmi Şurasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18.10.2019-cu ildə kimya elm sahəsi üzrə fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi təyin edilmişdir.

Pedaqoji fəaliyyəti L. M. Əfəndiyeva elmi fəaliyyətlə yanaşı, pedoqoji fəaliyyətlə də məşğul olur və 2017-ci ildən AMEA NKPİ-nin magistratura şöbəsində "Neft kimyası", "Nanomateriallar kimyası" və "Ətraf mühit kimyası" ixtisasları üzrə, 2023-cü ildən hal-hazıradək Bakı Ali Neft Məktəbinin Mühəndislik fakültəsi "Neft kimyası" ixtisası üzrə magistratura pilləsində təhsil alan magistrantlara mühazirə, laboratoriya və məşğələ dərslərini tədris edir.

Təltif və mükafatları 2019-cu ildə Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və "Elm günü" ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Əsas elmi əsərlərin adları V. M. Abbasov, Hany M. Abd-El- Lateef, L. M. Afandiyeva et al. The CO2 corrosion inhibition of carbon steel C1018 by some novel complex surfactants based on petroleum acids and nitrogen-containing compounds // Advances in Materials and Corrosion, 2013, № 2, p. 26–32 Abbasov V. M., Afandiyeva L. M., Aliyeva L. İ. et all. Investigation of Liquid-Phase Oxidation of Naphthene-Paraffinic Hydrocarbons of Balakhany Oil // Journal of Advances in Chemistry, 2015, Volume 11, № 5, p. 3540–3546 L. İ. Aliyeva, L. M. Afandiyeva, L. H. Nuriyev. Determination of optimal parameters for obtaining synthetic oil acids and oxyacids mixture from the catalytic oxidation of naphthene-paraffinic hydrocarbons of diesel distillation // International Journal of Scientific Engineering and Applied Science (IJSEAS), 2016, Vol.-2, Issue-3, p. 232–239 Afandiyeva L. M., Abbasov V. M., Ahmadbayova S. F. et all. İnvestigation of Inorganic Complexes of Amidoamines Synthesized from Synthetic Oxy- and Petroleum Acids as Corrosion Inhibitor // International Journal of Scientific Research in Environmental Sciences, 2016, № 4 (2), pp. 0040–0046 Afandiyeva L. M., Abbasov V. M., İsmayilov E. H. et all. Liquid-phase aerobic oxidation of petroleum hydrocarbons in the presence of Cr- and Co-complexes // European Science Review, 2016, № 1–2, p. 197–200 Эфендиева Л. М., Аббасов В. М., Алиева Л. И. и др. Амидоамины на основе синтетических oкси- и нефтяных кислот в качестве ингибиторов углекислотной коррозии стали // Практика противокоррозионной защиты, 2016, № 3 (81), стр.23–28 L. M. Afandiyeva, V. M. Abbasov, L. İ. Aliyeva et all. Synthesis of Synthetic Petroleum Acids Based on Naphthene-Paraffinic Consentrate in the CXatalytic Presence of Reduced Graphene Oxide // Processes of petrochemistry and oil- refining, 2016, V.17, № 4 (65), p. 302–315 L. M. Afandiyeva, V. M. Abbasov, İsmailov E. H. et all. Liquid-Phase Oxidation of Naphthenic Petroleum Hydrocarbons in the Presence of Chromium and Cobalt Nanocomplexes // Theoretical and Experimental Chemistry, 2017, V. 57, № 6, p. 373–379 Аббасов В. М., Зейналов Э. Б., Эфендиева Л. М. Природные нефтяные кислоты и производные на их основе: происхождение, структура и свойства, синтетические и прикладные аспекты. Баку- Элм, 2014, 232 с. В. М. Аббасов, Л. И. Алиева, Л. М. Эфендиева и др. Реагенты и продукты для нефтяной, газовой, нефтеперерабатывающей и нефтехимической промышленности. Баку-Элм, 2017, 436 с. V. M. Abbasov, R. Ə. Cəfərova, N. Ş. Rzayeva, F. Ə. Əmirov, M. M. Abbasov, A. M. Tağıyeva, İ. H. Əyyubov. L. M. Əfəndiyeva. / Tsikloalkanlar kimyası. Bakı-Müəllim. 2019, 385 s. V. M. Abbasov, N. Ş. Rzayeva, A. H. Talıbov, T. A. İsmayılov, L. M. Əfəndiyeva, S. Ə. Məmmədov, N. İ. Mürsəlov. İxrira. İ 2020 0014, iddia sənədinin nömrəsi: a2018 0068, ilkinlik tarixi: 24.05.2018, Dövlət reyestrində qeyd olunan olunub: 12.05.2020. Efendieva L. M., Abbasov V. M, Aliyeva L. I., Nuriyev L. G. Synthesis and study etylene glycol esters of synthetic petroleum acids as diesel fuel additives // Chemistry and Technology of Fuels and Oils, 2018, Vol. 54, № 1, p. 51–56 Efendieva L. M., Aliyeva L. I., Ismailov E. G., Nuriev L. G., Suleimanova S. A., Abbasov V. M. Aerobic Oxidation of a Naphtene–Paraffin Concentrate in the Presence of Reduced Graphene Oxide // Petroleum Chemistry, 2018, Vol. 58, Issue 7, p. 542–547 Afandiyeva, Lala; Abbasov Vagif; Aliyeva Leylufer; Ahmadbayova Saida; Azizbeyli Emin; Abd El-Lateef; Hany M. Investigation of Organic Complexes of Imidazolines Based on Synthetic Oxy- and Petroleum Acids as Corrosion Inhibitors // Iranian J. Chem. Chem. Eng., 2018, Vol. 37, № 3, p. 73–79 V. M. Abbasov, F. Ə. Nəsirov, L. M. Əfəndiyeva, N. Ş. Rzayeva. Oksigenli üzvi birləşmələr kimyası // Bakı-"Müəllim", 2020, 412 səh. Abbasov V. M., Əliyeva L. İ., Əfəndiyeva L. M., Ağazadə Y. C., Tağıyeva A. M., Rzayeva N. Ş., Mürsəlov N. İ. Azotlu üzvi birləşmələr kmyası // Bakı-"Beynəlxalqkitab", 2021, 204 səh. V. M. Abasov, T. A. İsmayılov, E. K. Həsənov, L. M. Əfəndiyeva, E. Ə. Qasımzadə, V. X. Musalı. Yol bitumuna çoxfunksiyalı aşqar // İxtira, İ 2023 0103, iddia sənədinin nömrəsi: a2022 0138, ilkinlik tarixi: 28.07.2022, Dövlət reyestrində qeyd olunub: 26.12.2023 N. F. Sadiyeva, G. G. Nasibova, S. A. İskenderova, Yu. P. Cherepnova, S. G. Aliyeva, T. A. Mazamova. Synthesis and study of mixed diesters of synthetic petroleum acids and fatty acids // Russian journal of Applied chemistry, 2023, V.96, № 4, p.345–349 V. M. Abbasov, L. M. Afandiyeva, G. G. Nasibova, N. M. Aliyeva, S. F. Ahmadbayova, L. M. Saadova, S. M. Shafizada. Catalytic properties of nanostructured graphene in liquid-phase oxidation of naphthene-paraffin hydrocarbons of petroleum mineral oils // Processes of petrochemistry and oil-refining (PPOR), Vol. 25, No. 1, 2024, pp. 3–11 V. M. Abbasov, L. M. Afandiyeva, G. G. Nasibova, N. M. Aliyeva, S. F. Ahmadbayova, Yu. P. Cherepnova, Sh. R. Mammadova, A. S. Lyadov. Synthesis of petroleum acids by oxidation of dearomatized oil distillate // Petroleum Chemistry, 2024, V.64, № 10, p. 1187–1193 Vagif Abbasov, Lala Afandiyeva, Gunay Nasibova, Saida Ahmadbayova, Narmin Babanly, Farhad Israfilov. Study of catalytic oxidation process of dearomatized T-22 oil distillate and kerosene fraction // Processes of petrochemistry and oil-refining (PPOR), Vol. 26, No. 1, 2025, pp. 120–126 V. M. Abbasov, L. M. Afandiyeva, Yu. P. Cherepnova, A. M. Mammadov, S. F. Ahmadbayova, N. M. Aliyeva, G. G. Nasibova, D. B. Agamaliyeva. Study of physico-chemical characteristics of the bitumen obtained by aerobic catalytic oxidation of oil tar // SOCAR Proceedings, 2025, № 2, səh. 135–142 V. M. Abbasov, G. G. Nasibova, N. F. Sadiyeva, A. S. Lyadov, E. M. Quliyeva. Synthesis and İnvestigation of Ethylene Glycol Monoesters of Synthetic Petroleum Acids // Petroleum Chemistry, 2025, Vol. 65, № 8, p.960–965

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:AMEA Neft-Kimya Prosesləri İnstitutunun alimləri