Üçyüzotuzbeşillik müharibə (, ) — Niderland və Birləşmiş Krallığın bir parçası olan Silli adaları arasında müharibə. Sülh müqaviləsi imzalanmadığından müharibə rəsmi olaraq bir dəfə də olsun atəş açılmadan 335 il davam etmiş, tarixin ən uzun müharibələrindən və ən az itki verən müharibələrindən biri olmuşdur. Tərəflər 1986-cı ildə sülh müqaviləsi imzalamışdır.

Zəmin Müharibənin mənşəyi 1642–1652-ci illərdə royalistlər və parlament tərəfdarları arasında baş tutmuş İngiltərə vətəndaş müharibəsinin hadisələrinə təsadüf edir. Oliver Kromvel İngiltərə krallığının kənarında royalistlərlə savaşır. Kornuoll royalistlərin Qərbi İngiltərədəki son qalası idi. Kromvel 1648-ci ildə Kornuollun bütün materik ərazilərini fəth edir. Beləliklə, royalist donanması Kornuoll sahillərindən Silli adalarına çəkilmək məcburiyyətində qalır.

Müharibə 1651-ci ilin iyununda, müharibə elan edildikdən qısa müddət sonra, admiral Robert Bleykin komandanlığı altındakı parlament qüvvələri royalist donanmasını təslim olmağa məcbur edir. Artıq heç bir təhdid altında olmayan Niderland donanması bir dəfə də olsun atəş açmır. Hollandlar Silli adalarının kiçikliyinə görə sülh müqaviləsi imzalamağı unudur.

1985-ci ildə tarixşünas və Silli Şurasının sədri Roy Dunkan adaların hələ də Niderland ilə müharibə şəraitində olduğu anlayışından qurtulmaq üçün London şəhərində yerləşən Niderland səfirliyinə məktub yazır. Səfirlik işçiləri bunun texniki cəhətdən doğru olduğunu aşkar edirlər. Bunun nəticəsində, Dunkan Niderland səfirini adalara dəvət edir və bu iki tərəf 17 aprel 1986-cı il tarixində sülh müqaviləsi imzalayaraq 335 il davam edən müharibəni sona çatdırır.

Mənbə

İstinadlar

Ədəbiyyat "Scilly peace". The Times, 19 April 1986.

Xarici keçidlər

Kateqoriya:XVII əsrdəki münaqişələr Kateqoriya:XVIII əsrdəki münaqişələr Kateqoriya:XIX əsrdəki münaqişələr Kateqoriya:XX əsrdəki münaqişələr Kateqoriya:İngiltərə burjua inqilabı Kateqoriya:Birləşmiş Krallığın müharibələri Kateqoriya:Niderlandın müharibələri Kateqoriya:XX əsrin müharibələri Kateqoriya:XIX əsrin müharibələri Kateqoriya:XVIII əsrin müharibələri Kateqoriya:XVII əsrin müharibələri