Stesaqor () — eramızdan əvvəl V əsrin sonunda Frakiya Xersonesosun tiranı.

Filaidlər nəslindən olan I Kimonun böyük oğlu. Əmisi Frakiya Xersonesosun tiranı Miltiadın yanında böyümüşdür.Herodot. III, 103

Övladı olmayan Miltiadın varisi oldu və əmisinin Lampsak ilə başlatdığı müharibəni davam etdirdi və bu konflikt ərzində qətlə yetirildi. Özünü fərari göstərən lampsakiyalı onu Pritaneydə balta ilə öldürdü.Herodot. III, 38

Hökmdarlıq etdiyi illər tam olaraq bilinmir. Ehtimal olunur ki, o, Kimonun vəfatından sonra yəni eramızdan əvvəl 528/527-ci ildən tez olmayaraq tiran oldu, vəfatı isə e.ə. 515/514-cü ilərdən gec olmayaraq baş vermişdir.

Onun əvəzinə Pisistratidlər kiçik qardaşı Miltiadı göndərdilər. Xersonesosa çataraq, Miltiad yarımadadakı yunan icmalarının liderlərini Stesaqorun dəfn edilməsinə çağırdı, sonra isə onları ələ keçirdi və bütün Xersonesos üzərində tiran hökmranlığını qurdu.Herodot. III, 39

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qədim Yunanıstan tiranları