Kristian Amanpur (; ) — İran əsilli ingilis jurnalist və xəbər aparıcısı. Amerikanın CNN kanalının Xarici Xəbərlər Bölməsinin Rəhbəri və CNN Internationalda gecə xəbərlərinin aparıcısıdır. Kristian Amanpur eyni zamanda ABC News kanalının xəbər aparıcısıdır.
Həyatı Kristian Amanpur atası iranlı, anası ingilisdir. 12 yanvar 1958-ci ildə Londonda dünyaya gəlmişdir. Anadan olduqdan sonra ailəsi ilə birlikdə Tehrana köçmüş və 11 yaşınadək Tehranda yaşamışdır. 11 yaşında təhsilini davam etmək üçün ailəsi tərəfindən İngiltərəyə göndərilmişdir. İran İnqilabından sonra ailəsi də İrandan qaçıb, Londonda yaşamağa başlamışdır. Bacısı Londonda yerləşən jurnalistika məktəbində qeydiyyatdan keçir və təhsil haqqını ödəyir, lakin Kristianın bacısı jurnalistika məktəbinə getməkdən imtina edir, onun yerinə Christiane jurnalistika məktəbinə özü gedirThe Lesley Stahl Interview: Christiane Amanpour, at the Height of the Iranian Election Crisis
Kariyerası Rhode Island universitetində təhsil almaq üçün ABŞ-yə getmiş və 1983-cü ildə həmin universitetdən məzun olmuşdur. İraqın Küveyti işğal etdiyi zamanlarda, bir müddət Yaxın Şərqdə yaşamışdır. İki ölkə arasında davam edən müharibəni bütün dünyaya təqdim edən sima olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran şəxsləri