Əbdülqafur Acatay ( d.1903, Dənizli - ö. 1993) — Türk meşə mühəndisi və entomoloq.

Tədqiqat sahəsi meşəçilik və meşə böcəkləridir. Abdülqafur Acatayın adı bəzi mənbələrdə Abdülgafur və Abdülgaffar kimi də xatırlanır.

Təhsil və xidmətləri

1926-cı ildə Ali meşəçilik məktəbini bitirmiş, 1937-ci ildə isə Almaniyanın Saksoniya Ali Mühəndislik Məktəbinin bir qolu olan Tharandt Ali Meşəçilik Məktəbində təhsil almışdır. Meşəçilik üzrə elmlər namizədi adını qazanan Əbdülqafur Acatay Türkiyəyə qayıtdıqdan sonra Meşəçilik fakültəsinə daxil oldu və 1946-cı ildə professor adını qazandı. Meşəçilik fakültəsi 1948-ci ildə İstanbul Universitetinə daxil olduqdan sonra uzun illər Meşə Entomologiyası və Mühafizəsi professoru vəzifəsində çalışdı.

Adlandırdığı taksonlar

Eriophyes cedri Acatay; Pinus nigra var. pyramidata (qara şam) Acatay 1956

Adına ithaf edilən taksonlar Floeosinus acatayi Schedl 1958

Əsərləri Untersuchungen über Menge und Güte des Samenasatzes in versehiedenen Kronenteilen einheimischer Waldbäume (yerli meşə ağaclarının müxtəlif yerlərində toxumun miqdarı və keyfiyyətinə dair araşdırmalar), Berlin: 1937; İstanbul yaxınlığında və xüsusən Belqrad meşəsində zərərli meşə böcəkləri, mübarizələri və işə təsirləri, Ankara: 1943; Meşə qoruma bələdçisi, İstanbul: 1946; Zərərli meşə həşəratlarının analizi, İstanbul: 1948; Ehrami qara şamı (Meşə Fakültəsi Jurnalı, 6 (2): 75-85) 1956; Qovaq kitabı, İstanbul 1956; Meşə Mühafizəsi, İstanbul: 1959; Tətbiqi Meşə Entomologiyası, İstanbul: 1963; Türkiyədə Mazi meşəsi, (əldə edilən mazi bitkisi üzərində araşdırmalar, Prof. Dr. Adnan Berkol, Prof. Dr. Fikret Saatçioğlu, Prof. Dr. Sami Huş ilə birlikdə) İstanbul: 1964; Yeni həşərat və herbisidlər, İstanbul: 1965; Gül və gül yağı, 1969; Ağac problemlərinin müalicəsi, 1971; Türkiyədə kılkeçisi və meşə ilə əlaqələri, 1978 Türkiyə meşə böcəyi və mühidi (Prof. ing. Ervvn Schmitschekdən tərcümə), İstanbul: 1953

İstinadlar

Kateqoriya:Türkiyə professorları