Kamil bəy Səfərəliyev () ― Bakı Şəhər Dumasının müvəqqəti sədri (1905–1907), Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü.

Həyatı Kamil bəy Səfərəliyev hərbçi idi. Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlib. Ordudan tərxis olunub Bakıya qayıdandan sonra əvvəl bank sahəsində çalışıb. Sonralar Bakının meri olub. Bakıda bir çox sənaye obyektlərinin, binaların, həmçinin o vaxt Mixaylov, sonradan Əzizbəyov adına xəstəxananın tikintisi onun adıyla bağlıdır.

Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir.

Ailəsi 1902-ci ildə Kamil bəy Səfərəliyev Azərbaycanın daha bir tanınmış nəslindən olan Qəmər xanım Əbülfət qızı Ziyadxanova ilə ailə qurub

Kövkəb Səfərəliyevanın atasıdır.

İstinadlar

Kateqoriya:Səfərəlibəyovlar Kateqoriya:Polkovniklər Kateqoriya:Bakı Şəhər Dumasının VI çağırış üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının sədrləri Kateqoriya:Bakı Şəhər İdarəsinin üzvləri