Harva kilsəsi — Ağdərə rayonunun Dovşanlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Abidə böyük qaya içində yonulmuş və hörgü ilə tamamlanmış iki zallı kilsədən ibarətdir.

Memarlıq xüsusiyyətləri Dovşanlı kəndinin cənub hissəsində, böyük qayalığın altında yerləşən Harva kilsəsi bir-biri ilə əlaqəli mağaradan ibarətdir. Uğurlu inşaat işi sayəsində qarşı tərəfdən onlar bir-birindən ayrı iki sovməə kimi görünürlər. Daxildən isə onlar bir-birinə bitişik yarımqaya zal təsiri bağışlayrlar.

Kilsə qarşısında qoyulmuş böyük hamar daş üzərində 1249-cu ilə aid yeddi sətirlik kitabə vardır. Kilsə monumental divar rəsmlərinə malikdir. Kilsənin apsidasında biri dairəvi digəri isə düzbucaqlı plana malik iki kilsə binası təsvir olunmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Alban kilsələri Kateqoriya:Ağdərə rayonunun abidələri Kateqoriya:Qafqaz Albaniyasının memarlığı