Georgi Longinozviç Arsenişvili (; ) — Gürcüstanlı siyasətçi, dövlət xadimi və Gürcüstanın Dövlət Naziri (2000–2001).

Həyatı Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1970-ci ildə Kiyev Riyaziyyat İnstitutunda aspiranturanı bitirdi. Texniki elmlər doktoru və professor olmuşdur.

1973–1974-cü illərdə Heydelberq Universitetində təcrübə keçmişdir. Tətbiqi Riyaziyyat İnstitutunda baş elmi işçi, TDU-nun Mexanika-Riyaziyyat fakültəsində baş müəllim və nisbilik nəzəriyyəsi və riyazi statistika kafedrasının dosenti idi.

1978-ci ildə Kibernetika və Tətbiqi Riyaziyyat Fakültəsinin dekanı seçildi. 1982-ci ildən riyazi metodlardan istifadə şöbəsinə rəhbərlik etmişdir.

Son çağırış parlamentində insan hüquqları və sivil inteqrasiya komitəsinin sədri vəzifəsində çalışmışdır.

Ailəli idi, iki övladı və iki nəvəsi var idi.

Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Tbilisi Dövlət Universitetinin müəllimləri Kateqoriya:Gürcüstan baş nazirləri Kateqoriya:Gürcüstan parlamentinin deputatları