Rüstəm Usmanoviç Muradov () — rusiyalı hərbi xadim. 25 dekabr 2018-ci ildən 9 saylı Cənub Hərbi Dairə Komandirinin müavini, general-polkovnik (2023).Указ Президента Российской Федерации от 20.02.2020 № 143 "О присвоении воинских званий высших офицеров, специальных званий высшего начальствующего состава и высшего специального звания" Rusiya Federasiyasının Qəhrəmanı (28.12.2017).
Həyatı Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran rayonunun Xanak kəndindəndir. Milliyətcə tabasarandır. Atası Usman, anası Umijatdır. Atası 1966-cı ildə Cənubi Dağıstanda zəlzələdən sonra Tabasaran rayonundan Çinara köçmüşdür. Burada ailə qurmuşdur. Ailənin üç oğlu var. Rüstəm əvvəlcə Çinar orta məktəbində, sonra Mahaçqaladakı 16 saylı məktəbdə təhsil alıb.
Kazan Suvorov hərbi məktəbinin məzunudur. Daha sonra Novoçerkasskdakı kursantlar məktəbini bitirib. 1990-cı ildən bəri hərbi xidmətdədir. Fərqlənmə ilə S. M. Kirov adına Leninqrad Ali Birləşdirilmiş Silahlı Qüvvələrin Komandanlığı Məktəbini (1995), Birləşmiş Silahlı Qüvvələrin Akademiyasını və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2015) bitirib.
Ailəlidir. İki oğlu və iki qızı vardır.
Hərbi karyerası 250px|thumb|right|Vladimir Putin və Rüstəm Muradov Rusiya Federasiyasının Qəhrəmanı Qızıl Ulduzunu təqdim etmə marasimi, 2017-ci il 28 dekabr. Hər iki Çeçen müharibəsində iştirak etmişdir. Birinci Çeçenistan müharibəsi zamanı 1996-cı ildə Verxnıy Çentoroy kəndi və ikinci çeçen müharibəsində 2000-ci ildə general-mayor Vladimir Şamanovun rəhbərliyi altında Aslan Masxadovun Datoi şəhərindəki qərargahının ələ keçirmək əməliyyatlarında iştirak edib. İki Cəsarət ordeni ilə mükafatlandırılıb.
242-ci MotoAtıcı Alayının Komandiri (2008), 17-ci Xüsusi Mühafizə MotoAtıcı Briqadasının Komandiri (2009-cu ilə qədər), Şərqi Hərbi Dairənin 36-cı Xüsusi Qvardiyası Motoatıcı Lozovskoy Briqadasının Komandiri (2009–2012) olub. 2012-ci ildə general-mayor hərbi rütbəsi alıb. 2013–2014-cü illərdə — Yelan Mərkəzi Hərbi Dairənin 473-cü Lisiçansk rayon təlim mərkəzinin rəhbəri təyin olunub.учебный центр ЦВО возглавил генерал Рустам Мурадов
Muradovun Yelan mərkəzinə təyin edilməsi Ural çağırışçılarının müşahidəçilərin və onların analarının sevincinə səbəb olub. Onlar qarnizondakı vəziyyətin tez bir zamanda düzəldilməsinə ümid ediblər, çünki çox vaxt qarnizonda qalmaqal yaşanıb. Muradovun işçilərinin ifadələrinə görə, rəis özü tabeliyində olanlarla birgə işləyir, asayişi diqqətlə izləyir və hətta zabitləri adi əsgərlər üçün meyvə almağa məcbur edirmiş.
2014-cü ildən 2017-ci ilədək Muradov 41-ci Ordu Rəisinin birinci müavini və Baş qərargah rəisi işləyib. 2016-cı ildə Donbasdakı atəşkəs məsələlərinə nəzarət və koordinasiya və demarkasiya xəttinin sabitləşdirilməsi mərkəzində Rusiyanın nümayəndəsi olub.
Muradov 5 mart 2016-cı ildə Yasinovataya qəsəbəsi yaxınlığında təxminən 20 dəqiqə ərzində RPG, zenit silahları, ağır pulemyotlardan 4 əl atəşə tutulub..
2017-ci ildə — Suriyada hərbi məsləhətçi təyin olunub. İki həftə ərzində Rüstəm Muradovun komandirliyindəki dəstələr Əs-Suxnedən Deyr-əz-Zora yola çıxaraq düşmənin sərt müdafiə xəttini keçib. Gündə 15–20 km, bəzi günlərdə isə 30 km-ə qədər qət ediblər. Deyr-əz-Zor istiqamətində uğurlu əməliyyatdan sonra 7-ci hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.
2017-ci ilin dekabrından 2018-ci ilin dekabrınadək — 8 saylı Mərkəzi Hərbi Dairənin 2-ci Qvardiya Qırmızı Bayraqlı Ordusunun Komandanı olub.
25 dekabr 2018-ci ildən 9 saylı Cənub Hərbi Dairə Komandanının müavinidir.
2020-ci il fevralın 20-də Rusiya prezidentinin sərəncamı ilə Rüstəm Muradova general-leytenant hərbi rütbəsi verilmişdir.
2020-ci il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-dək Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı olmuşdur.
Rusiya-Ukrayna müharibəsində (2022)"Vostok" qoşun dəstəsinə komandanlıq edir.
2024-cü ildən Rusiya Quru Qoşunlarının baş komandanının müavini vəzifəsinə təyin edilib
Mükafatları Rusiya Federasiyası Qəhrəmanı (2017) "Vətənə xidmətə" görə qılınclarla III dərəcəli orden "Vətənə xidmətə" görə qılınclarla IV dərəcəli orden "Aleksandr Nevski" ordeni (2020) "İgidliyə görə" orden (1997) "İgidliyə görə" orden (2020) "Hərbi Xidmətə görə" orden (2012) "Vətənə Xidmətlərə görə" qılınclarla II dərəcəli orden "Suriyada hərbi əməliyyat"ın iştirakçısı medalı Rusiya Federasiyası medalları Borzin rayonunun fəxri vətəndaşı
İstinadlar
Ədəbiyyat Назначения в Вооружённых Силах. Генерал-майор Мурадов Рустам Усманович. // Российское военное обозрение. 2018. № 1 (165). — С.70. Назначения в Вооружённых Силах. Генерал-майор Мурадов Рустам Усманович. // Российское военное обозрение. 2018. № 12 (176). — С.70.
Xarici keçidlər General-leytenantın məsləhətləri. Rüstəm Muradov — tənbəllər haqqında General-leytenant Rüstəm Muradov: "Ömrü boyu peşman olmaqdasa bir dəfə cəhd edib uşaqlara uğursuz olduğunuzu söyləmək daha yaxşıdır" General-leytenant Rüstəm Muradov: Xattab və Basayevin "sülhməramlı xidməti" başlamadan bitdi Rusiya Müdafiə Nazirliyinin saytında tərcümeyi-halı Vladimir Putin dağıstanlı Rüstəm Muradovu Rusiya Qəhrəmanı adı ilə mükafatlandırdı General Muradov Vladimir Putinə ona etibar edilmiş ordunun uğurları haqda məruzə etdi
Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Rusiya tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:SSRİ hərbçiləri Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Çeçen müharibələrinin iştirakçıları