Qarabağda erməni vandalizmi 2020 — Dağlıq Qarabağ atəşkəs bəyanatının nəticəsi olaraq ermənilərin tərk etməli olduqları ərazilərdə törətdikləri yanğın, dağıntı, söküntü və talama aktları.
Tarix 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri intensiv atəşə tutulur. Bundan sonra Azərbaycan ordusunun əks hücumu başlayır. Bu əks hücum əməliyyatı tarixə İkinci Qarabağ müharibəsi kimi düşür. Azərbaycan ordusu qısa zaman kəsiyində Qarabağ müharibəsi zamanı itirdiyi torpaqların bir qismini geri qaytarmağa müvəffəq olur. Üstəlik Ermənistan ordusuna vurulan zərbələr nəticəsində müharibə aparmaq qabiliyyəti zəifləyən ordunun rəhbərliyi Azərbaycanın irəli sürdüyü bəzi tələblərin yerinə yetirilməklə tam məğlubiyyətdən xilas olaraq atəşkəs bəyanatını imzalamaq məcburiyyətində qalır. Dağlıq Qarabağ atəşkəs bəyanatının 2-ci və 6-cı maddələrində göstərildiyi kimi Ermənistan ordusu 15 noyabra kimi Kəlbəcər, 20 noyabra kimi Ağdam və nəhayət 1 dekabra kimi Laçın rayonunu tərk etmək məcburiyyətində qalır. Bəyanatın imzalandığı günün ertəsindən ilkin olaraq Kəlbəcər rayonunda ordunun və qanunsuz məskunlaşan əhalinin köçü başlayırErmənilər Kəlbəcəri belə tərk edir ..
Kəlbəcər İlkin olaraq Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilər rayon ərazisini tərk etməli olur. Bu köç zamanı ermənilər yaşadıqları evləri yandıraraq Azərbaycan torpaqlarından çıxırlar. Bununla belə kifayətlənməyərək, mülki infrasturkturu və obyektləri də yararsız vəziyyətə salır, həmçinin Azərbaycana məxsus meşələri qırır və yandıraraq ekoloji terror törədirlər.
Rri.ru saytında Sergey Dmitriyevin Vazgen adlı erməni ilə müsahibəsindən:
25 noyabra qədər Kəlbəcəri tərk etməli olan ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürür, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Bu addımı isə yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün atdıqlarını deyirlər. Sosial şəbəkələrdə isə erməni vandallığının daha bir görüntüsü yayılıb. Görüntülərdə onların evləri yandırmaqdan əlavə apara bilmədikləri mal-qaranı da kəsərək öldürdükləri görünürErmənilərin daha bir vəhşiliyi.
Ağdam Kəlbəcərdə yaşananların eynisidə Ağdamda yaşanır. Ermənilərin bir qismi evini, ərzaq dükanlarını, təsərrüfat binalarını yandırırlar[www.aztv.az/az/news/10419/ermeniler-agdami-yandirirlar Ermənilər Ağdamı yandırırlar]. Milli Coğrafiya Cəmiyyətinin tanınan Azərbaycan əsilli fransız fotoqrafı Rza Diqqəti özünün "Facebook" səhifəsindəki paylaşımında bu sözləri bildirib:
Füzuli Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və heyvanlar üçün istifadə edilib.
İstinadlar
Kateqoriya:Erməni mədəniyyəti Kateqoriya:2020-ci ildə Azərbaycan