Səmih Sancar () — Türk əsgəri. Türkiyə Silahlı Qüvvələrinin 16-cı Baş Qərargah rəisi.

1930-cu ildə Kuleli Hərbi liseyini,1932-ci ildə Hərbi Akademiyanı topçu müdavim rütbəsi ilə bitirmişdir. 1934-cü ildə Topçu Sinfi məktəbini bitirmişdir. 1939-cu ilədək müxtəlif artilleriya birliklərində batareya komandiri vəzifəsini icra etmişdir. 1939-cu ildə daxil olduğu Hərbi Akademiyanı 1942-ci ildə bitirib müdavim oldu. 1960-cı ilə qədər müxtəlif qərargah və birliklərin komandanlığı vəzifəsini icra etmişdir.

1960-cı ildə briqada generalı, 1963-cü ildə general-mayor, 1964-cü ildə general-leytenant və 1969-cu ildə ordu generalı rütbəsinə yüksəlmişdir. Briqada generalı rütbəsi ilə 4-cü Diviziya komandanı, Baş Qərargah heyəti rəisi və Baş Qərargah əməliyyat rəisi,general-mayor rütbəsi olan Hərbi Akademiyalar komandiri müavini, 5-ci Korpus komandirinin müavini və Quru qüvvələri Əməliyyatları baş qərargah başçısının müavini, general-leytenant rütbəsi ilə Quru Qoşunları Təhsil Korpusu komandiri və 9-cu Korpus komandiri vəzifələrini icra etdi. 29 avqust 1969 – 29 avqust 1970-ci tarixləri arasında jandarma baş komandanlığı və bu tarixdən sonra 28 avqust 1972-ci ilədək 2-ci Ordu komandiri vəzifələrini icra etdi. 28 avqust 1972-ci ildə Quru Qoşunları komandanlığına təyin edildi.

Kipr Sülh Hərəkatı

20 iyul 1974-cü ildə başlayan Kipr sülh hərəkatı zamanı Baş qərargah rəisi vəzifəsini davam etdirdi. Kipr sülh hərəkatı başladığı günlərdə baş nazir müavini olan Nəcməddin Ərbakana söylədiyi aşağıdakı sözlərlə xatırlanır:Süleyman Arif Emre, Siyasette 35 Yıl, Cilt 2, s. 155

Sülh əməliyyatından sonra baş nazirin müavini Nəcməddin Ərbakan tərəfindən ona marşal rütbəsi verilməsi təklifi irəli sürüldü, lakin bu təklifi qəbul etmədi.

Təqaüdə çıxması və ölümü 6 mart 1973-cü ildə Baş Qərargah rəisi vəzifəsinə təyin edildi və səlahiyyət müddəti hökumət tərəfindən bir il müddətinə uzadıldılaraq 7 mart 1978-ci ilədək bu vəzifəsində qaldı. 1980-ci ilin iyul ayında Prezident köməkçisi İhsan Səbri Çağlayangil tərəfindən Respublika Senatına Kota senatoru təyin edildi. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra vəzifə müddəti sona çatan Sancar,8 dekabr 1984-cü il səhər, müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında keçirdiyi ürək tutması nəticəsində vəfat etdi.

İstinadlar

Həmçinin bax Kipr Sülh Hərəkatı Türkiyə Silahlı Qüvvələri Türkiyə Quru Qoşunları

Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Kateqoriya:Türkiyə generalları Kateqoriya:Cebeci Şəhidlər xiyabanında dəfn olunanlar