Arnold Çikobava ( ; ) — gürcü qafqazoloq, dilçi və filoloq. Nikolay Marrın "Yafetik" dil nəzəriyyəsinin ən fəal tənqidçilərindən biri.
Həyatı Arnold Çikobava 14 mart 1898-ci ildə Gürcüstanın qərbində yerləşən Sameqrelo bölgəsinin Saçikobavo kəndində anadan olmuşdur. 1922-ci ildə Tiflis Dövlət Universitetində təhsilini başa vurmuşdur. Daha sonra həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. 1926-cı ildə dostent, 1933-cü ildə isə professor elmi dərəclərinə yüksəlmişdir. 1933–1960-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Qafqaz Araşdırmaları bölməsinə, 1936–1985-ci illərdə isə Dilçilik İnstitutunun "İber-qafqaz dilləri" bölməsinə rəhbərlik etmişdir. Arnold Çikobava 1950–1952-ci illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutuna müvəqqəti olaraq rəhbərlik etmişdir. Sonradan həmin instituta onun adı verilmişdir. O, həmçinin Gürcüstan SSR Elmlər Akademiyasının qurulmasında rol oyanayan şəxslərdən biri olmuşdur. 1950–1963-cü illərdə akademiyaya rəhbərlik etmişdir. Fəaliyyətinə görə Sovet İttifaqı və beynəlxalq qurumlar tərəfindən ona bir çox mükafat və titul verilmişdir.Mikaberidze, Alexander (ed., 2007), Chikobava, Arnold . Dictionary of Georgian National Biography. Accessed on July 3, 2007. Arnold Çikobava tərəfindən Qafqaz dillərinin quruluşuna və tarixinə dair bir sıra əsərlər yazılmışdır.
O, həmçinin Nikolay Marrın "Yafetik" dil nəzəriyyəsini tənqid etməsi ilə tanınmışdır. Belə ki, Sovet dövründə "Yafetik" dil nəzəriyyəsinin əleyhinə olanların çoxu Sovet rəsmilərinin təzyiqləri səbəbindən səslərini eşitdirə bilmirdilər. Arnold Çikobava Gürcüstan Mərkəzi Komitəsinin birinci katibi Kandid Çarkviani ilə yaxın əlaqələrə malik idi. O, bundan istifadə edərək Marrın fərziyyələrini tənqid etməyə davam etmişdir. Nəhayət hesabatını İosif Stalinə göndərmiş və 1950-ci ildə Stalinlə şəxsən tanış olmuşdu. Tezliklə Stalin Pravda qəzetindəki dilçilik barədə məqaləsində Marrın nəzəriyyəsini qınamışdır (yüksək ehtimal ki, həmin məqalənin müəllifi Arnold Çikobava olmuşdur).Dahrendorf, Ellen (2005), The Unknown Stalin, p. 205. I. B. Tauris, .Smith, Graham (1998), Nation-building in the Post-Soviet Borderlands: The Politics of National Identities, p. 178. Cambridge University Press, .
Arnold Çikobava 5 noyabr 1985-ci ildə, 87 yaşında vəfat etmişdir. Onun nəşi Tilis Dövlət Universitetinin ərazisində dəfn edilmişdir.
İstinadlar
Xarici keçidlər Arnold Chikobava Institute of Linguistics of the Georgian Academy of Sciences
Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Tbilisi Universitetinin parkında dəfn olunanlar Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:Karveloloqlar Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Gürcüstan dilçiləri