Şarabənzər zirehli () — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Cənubi Amerikanın endemik canlısıdır. Argentina, Boliviya, Braziliya və Paraqvayda rastlanılır.

Görünüşü Bədəni üç hərəkətli qurşaqdan ibarətdir. Bədənin bu quruluşuna görə, təhlükə anında başı və bədənin həssas hissələrini qorumaq məqsədilə top kimi bükülə bilir. Belə bir topu açmaq son dərəcə çətindir. Zireh keratinlərdən, insan dırnaqlarını meydana gətirən eyni zülallardan ibarətdir. Zireh sarı və ya qəhvəyi rəngdədir. Quyruq qısa və qalındır. Uzunluğu 22 ilə 40 sm arasındadır və çəkisi 1–2 kq-dır.

Qidalanması Qidasını demək olar ki, uzun və yapışqan dili ilə tutduğu qarışqa və termit kimi böcəklər təşkil edir. Qurdlar və ilbizləri də yeyirlər. Bununla birlikdə qapalı vəziyyətdə meyvə, tərəvəz və giləmeyvə ilə də qidalana bilərlər. Dişlər ömür boyu böyüyür.

Həyat tərzi Şarabənzər zirehlilər yazın sonları, yayın əvvəlində cütləşir. Dişilərdə hamiləlik dövrü təxminən 120 gün davam edir. Bala tamamilə formalaşmış olaraq doğulur və doğuşdan dərhal sonra bir top şəkilində bükülə bilər. 9–12 aya qədər cinsi yetkinliyə çatır. Bəzi digər zirehli növlərindən fərqli olaraq, Şarabənzər zirehli heç vaxt yuva qazmır, bununla belə Böyük qarışqayeyən tərəfindən qazılmış çuxurunu tuta bilir.(en) 12–15 il qapalı vəziyyətdə yaşayır.

Sayı Sayı yaşayış mühitinin məhv olması və ərazilərin əkinçilik sahələrinə çevrilməsi, həddindən artıq ovlanması onların azalmasına səbəb olur. Ayrıca bir yaquar Şarabənzər zirehlini dişləyə bilər.

Qalereya

Həmçinin bax Altıqurşaqlı zirehli

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Argentina məməliləri Kateqoriya:Paraqvay məməliləri Kateqoriya:Boliviya məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Amerika faunası