Heydər Kamal oğlu Piriyev () — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020).

Həyatı Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır.

1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur.

Ailəsi Ailəlidir, 1 oğlu var.

Hərbi xidməti 1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb.

1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib.

1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur.

Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilmişdir.

2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.General-leytenant Heydər Piriyevin 60 yaşı tamam olur 4 avqust 2021 tarixində arxivləşdirilib .

2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

11 yanvar 2024-cü ildə Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Təltifləri SSRİ 40px — "Qüsursuz xidmətə görə" medalı (2-ci dərəcə) 40px — "Qüsursuz xidmətə görə" medalı (3-cü dərəcə) 40px — "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı

Azərbaycan Respublikası 50px — "Vətən uğrunda" medalı 50px — "Hərbi xidmətlərə görə" medalı 50px — "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı 50px — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı 50px — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı 50px — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı 50px — "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı 50px — III dərəcəli "Hərbi xidmətlərə görə" medalı 50px — "Azərbaycan Bayrağı" ordeni 50px — "Füzulinin azad olunmasına görə" medalı

Qırğızıstan Respublikası 40px — Böyük Vətən müharibəsinin 60 illiyi ilə əlaqədar yubiley medalı (Qırğızıstan Müdafiə Nazirliyi tərəfindən)

İstinadlar

Xarici keçidlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları