Siyam timsahı () — əsl timsahlar sinfinin bir nümayəndəsi, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində yaşayır.

Görünüşü Əksər yetkinlərin uzunluğu 3 m-dən, maksimum 4 m-dən çox deyilRenegade reptiles by Tom Lee . Daraqlı timsahlarla hibridlər daha böyük olur. Gənc siyam timsahları açıq rəngli daraqlı timsahlara bənzəyir. Böyüklər daha geniş bir sifətə və boynundakı pulcuqların bir az fərqli bir düzülüşünə sahibdirlər.

Həyat tərzi Kamboca, İndoneziya, Malayziya, Laos, Myanma, Vyetnam, Tayland və Kalimantan adasında yaşayır. Bataqlıqlarda, yavaş axan çaylarda və göllərin sahillərində yaşamağı üstün tuturlar. Qidasının əsası balıq, eyni zamanda suda quruda yaşayanlar, sürünənlər və kiçik məməlilər təşkil edir.

Yetkinlinliyə 10 yaşında çatır. Yağışlı mövsümdə (aprel-may) dişi yuva qurur və ora 20–50 yumurta qoyur. Təxminən 80 gündən sonra onlardan timsahlar çıxır. Ana yuvanı açıb balaları suya aparır. Əvvəlcə nəslinə qulluq edir, yırtıcılardan qoruyur.

Sayı Növlərin ümumi sayı 5000 fərd olaraq qiymətləndirilir. Kamboca xaricində demək olar ki, bütün ölkələrdə yox olma təhlükəsi ilə üzləşirlər. Kambocada qoruma və papalı şəraitdə yetişdirmə fəaliyyətləri kifayət qədər uğurlu olmuşdur və bənzər proqramlar Taylandda mövcuddur.

Siyam timsahı nəsli kəsilməkdə olan bir növ olaraq Qırmızı Kitaba daxil edilmişdir. Əsas təhlükə ovçuluq və yaşayış yerlərinin azaldılmasıdır. Daraqlı timsahla hibridləşmə (əsasən papalı şəraitdə) bir növün genetik təmizliyini də təhdid edə bilər.

Mənbə crocodilian.com: Crocodylus siamensis Siyam timsahı zooclub.ru saytında Crocodylus siamensis

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Timsahlar Kateqoriya:1801-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Hindistan sürünənləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər