Xələfbəyovlar — Azərbaycanın soylarından biri.
Soyun yaranması Bu soyun ulu babası Xələf bəydir. Xələf bəy XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Şuşa şəhərində yaşamışdı. İbrahimxəlil xan Cavanşirin və onun oğlu Mehdiqulu xan Cavanşirin naziri olmuşdu. Nazir xəzinədarlıq vəzifələrini yerinə yetirirdi. Xanlığın xəzinələrinin məsrəfinə, əmlakın düzgün xərclənməsinə nəzarət edirdi.
Xələf bəy mülkədar idi. Şuşa şəhərində rəiyyətin, xeyli əmlakın, Vərəndə mahalının Heşan, İsfəhancıq kəndlərində rəiyyətin, torpaqların yiyəsi sayılırdı.
Xələf bəyin törəmələri rus üsul idarəsi dövründə Xələfbəyov soyadını daşıyırdılar.
Soyun tanınmış nümayəndələri Rafiq Xələfov — nazir, əməkdar mühəndis. Fəxriyyə Xələfova — modelyer, əməkdar incəsənət xadimi.
Mənbə Ənvər Çingizoğlu. Xələfbəyovlar: Xələfdən sələfə. "Soy" dərgisi, 11 (31), Bakı, 2009.
Həmçinin bax