Beynəlxalq Zooloji Nomenklatura Kodu (İngilis dili; International Code of Zoological Nomenclature, ICZN) heyvan kimi qəbul edilən orqanizmlərin rəsmi adlandırma qaydalarını təyin edən zoologiya sahəsində geniş yayılmış bir nomenklaturadır. Qaydalar əsasən aşağıdakıları tənzimləyir:
Binominal nomenklatura daxilində adları necə düzgün təyin etmənin mümkünlüyü; Müxtəlif adlar arasındakı ziddiyyətlər zamanı hansı adın istifadə ediləcəyinin seçilməsi; Elmi ədəbiyyatda hansı adlardan istifadə ediləcəyinin müəyyənləşdirilməsi.
Kateqoriya:Zoologiya Kateqoriya:Bioloji nomenklatura