Qırxçıraq yaşayış yeri — Azərbaycan Respublikasının Salyan rayonu ərazisində qədim yaşayış yeri.
Ümumi məlumat Qırxçıraq yaşayış sahəsi, Bakı- Astara magistral avtomobil yolunun 117-ci km-də, Salyan rayonu ərazisində, Xələc kəndindən cənub-şərqdə yerləşir. Burada 1960-cı ildən 2001-ci ilə kimi fasilələrlə qazıntı işləri aparılmışdįr. Arxeoloji araşdırmalar göstərir ki, sahəsi 16 km² olan yaşayış yeri Mahmudabad şəhərinin qalığıdır. Burada arxeoloji axtarışlar zamanı aşkarlanan tapıntılar şəhərdə XIV–XVI əsrlərdə iqtisadi-mədəni həyatın mövcudluğunu sübut edir. Buradan torpağın üst qatından bir çox tarixi əhəmiyyətli nümunələr tapılıb. Xüsusən XII–XIV əsrlərə aid şirli və şirsiz saxsı məmulatlar, fayans qab qırıqları, Elxanilər, Qızıl Ordu, Cəlairlər və Qaraqoyunluların mis sikkələrindən ibarət pul nümunələri arxeoloji tapıntılar içərisində daha çox üstünlük təşkil edir.
İstinadlar
Kateqoriya:Salyan rayonunun qədim yaşayış yerləri