Rəhim Alxas (; tam adı: Rəhim Xəlfə oğlu Alxasov; ) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq.

Həyatı və yaradıcılığı Rəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur.

Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şeir belədir: Bahar çağı Xınalığım, Girən zaman dondan-dona, Dəyişmərəm bir kəndimi, Yüz Parisə, min LondonaRəhim Alxas. "Xınalıq" (poema), Vətən təranələri. Bakı, "Elm", 1990, səh. 69..

Onun yazılarından da xınalıqlıların Allaha necə inandıqları bir daha aydın görünür: Biz elə Allaha inanırıq ki, Poladdan, dəmirdən iti ox eylər. Çoxdan az eyləyər, azdan çox eylər, Bir ovuc torpaqla gözü tox eylər, Yoxdan var eyləyər, vardan yox eylər.

Rəhim Alxas Xınalıqda Xıdır Nəbi məscidində imamlıq etmişdir.

Bütün şahdağlıların fəхri, görkəmli xınalıqlı şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka (Gülüstan) kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdirMəmmədağa Qam-Qamlı. «Rəhim Alхassız günlərimiz», «Sumqayıt» qəzeti, № 81 (7160), Sumqayıt, 15 oktyabr 2003, s. 3Tərxan Paşazadə, “Şahdağ xalqları: toy adətləri, yas mərasimləri”, “Dövlət və Din” İctimai fikir toplusu, (№ 5 (19)), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı – sentyabr-oktyabr 2010, səhifə: 46-56..

Kitabları Vətən təranələri. Bakı, "Elm", 1990 «Хыналыкъ» (Шеирдир. Аьфсанаьдйаь гьаькъикъаьтирдир.), Азаьрнаьшр, Бокку – 1992, 124 с. ISBN 5-552-01197-X Xınalıq: Şerlər və tərcümələr. Bakı, "Azərnəşr", 1992 Sənin tellərinə qurban olum mən. Bakı, "Şirvannəşr", 2000 Xınalıqlı Seyidqələm Baba: Hekayələr və kəramətlər. Bakı, "Şirvannəşr", 2001 Xınalıq və xınalıqlılar. Bakı, "Şirvannəşr", 2003 Sənət inciləri. Bakı, "Şirvannəşr", 2003

Tərcümələri Низами Гаьнджаьви, «ХIикмаьти чаьлаьнг» («Хаьмсаь» - шилли парчад), Азаьрнаьшр, Бокку – 1991, 51 с. ISBN 5-552-00574-0

Mənbə Xınalıq – açıq səma altında muzey XINALIQ – KEÇMİŞ VƏ GƏLƏCƏK ARASINDAKI GÖZƏLLİK

İstinadlar

Xarici keçidlər Rəhim Alxas - 81

Kateqoriya:Xınalıqlılar Kateqoriya:Qubada vəfat edənlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Azərbaycan publisistləri