Rəşad Qasımlı () — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. HHQ qüvvələrinin N saylı aviasiya bazasında təyyarəçi vəzifəsində xidmətinə davam edir. Vətən müharibəsi zamanı SU-25 tipli hücum təyyarəsində döyüş uçuşları icra edərək, düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində əməyi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Təltifləri 50px (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı 50px (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı 50px (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

İstinadlar

Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları