Half-Life 2 (stilləşdirilmiş yazım — HλLF-LIFE 2Oyunun başlanğıcında və disk qapağındaki başlıq., qısaldılmış HL2) — "Valve" tərəfindən 2004-cü ildə yaradılan, özləri və "Sierra Entertainment" tərəfindən nəşr edilən elmi-fantastik birinci şəxs atıcı janrında olan oyundur. "Half-Life" oyununun sikvelidir. Seriyanın ilk oyunu olan "Half-Life" kimi, bu oyun da atıcılıq, tapmacalar və hekayə kimi xüsusiyyətləri özündə birləşdirir və nəqliyyat vasitələri və fizika əsaslı oynanış kimi xüsusiyyətləri əlavə edir. Oyunçular, qravitasiya silahı kimi silahlardan istifadə edərək, Aliks Vans ilə birlikdə "Kombayn" adlı yadplanetli ordusuna qarşı mübarizə aparan Qordon Frimanı idarə edərək oynayırlar.

Oyun geniş tanınmış və bir çox mükafat və 45-dən çox "İlin Oyunu 2004" adlarını qazanmışdır. 2012-ci ildə Half-Life 2, on ilin ən yaxşı oyunu olaraq Spike VGA 10 (Spike Video Game Awards) mükafatına layiq görülmüşdür.

İnkişaf altı il davam etdi, bu müddət ərzində oyunun mənbə kodu hətta oğurlanaraq internetdə yerləşdirilib. Oyun geliştiricilərin əsas texnoloji nailiyyətləri, oyunçuların təəccüblü bir xarakter animasiyası, rəqiblərin inkişaf etmiş süni intellekti, real fizika və kölgə salma təmin edən Source oyun mühərriki hesab edilə bilər. Havok Physics fizika mühərrikinin dəyişdirilmiş bir versiyasının istifadəsi ilə xarici aləmlə oyunçuların görünməmiş bir səviyyədə qarşılıqlı əlaqəsi əldə edildi. Bu günə qədər Steam servisi vasitəsi ilə satışlar da daxil olmaqla oyunun 12 milyondan çox nüsxəsi satılıb. 2005-ci ildə oyun, Half-Life — İlin Oyunu kolleksiyaçı qutusu olaraq yenidən buraxıldı. Oyunun inkişafına təxminən 40 milyon ABŞ dolları xərclənib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Valve oyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Elmi fantastika videooyunları Kateqoriya:Uydurmada təbliğat Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Linux videooyunları Kateqoriya:Half-Life Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Uydurmada üsyanlar Kateqoriya:Antiutopik videooyunlar Kateqoriya:Android videooyunları Kateqoriya:2004-cü ilin videooyunları Kateqoriya:Videooyun qiymətləndirməsi şablonunun tək platforma görkəmində istifadə olunduğu məqalələr Kateqoriya:Hadisələrin Avropada cərəyan etdiyi videooyunlar Kateqoriya:Xbox videooyunları Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:Oculus Rift videooyunları